Deputatın 38.7 milyard dollar nəğd pulu var?

Deputatın 38.7 milyard dollar nəğd pulu var?
Ukraynada “Aydar” könüllülər batalyonunun keçmiş komandiri, Ali Radanın deputatı Sergey Melniçuk gəlir bəyannaməsini açıqlayaraq hamını mat qoyub.Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Melniçuk ötən ilki gəlirinin 38.7 milyard dollar olduğunu göstərib. Özü də bu gəlirləri nəğd şəkildə əldə etdiyini qeyd edib.
Əgər deputatın açıqladığı rəqəm doğrudursa o, “Forbes”in versiyasına görə dünyada ən çox qazanan adamdır və bu göstərici üzrə “Google” şirkətinin qurucusu Sergey Brindən də varlı adamdır. Belə ki, həmin sərvətlə deputat dünyanın ən varlı adamları siyahısında 12-ci yerə tutmuş olur.
Hansı ki, Melniçukun maaşı ayda cəmi 2.9 min dollardır. Belə çıxır ki, onun pulu məşhur filantrop Corc Sorosun pulundan 14 milyard dollar çoxdur. Belə ki, Soros ötən il cəmi 24.9 milyard dollar qazanıb və dünyanın ən varlı adamları siyahısında 28-cidir.
Habelə deputatın elan etdiyi gəliri Ukraynanın qızıl-valyuta ehtiyatlarının həcmindən az qala iki dəfə çoxdur. Bu ehtiyatlar hazırda 14.5 milyard dollardır. Lakin Melnçenkonun maşınları onun pulu ilə adekvat deyil. Gəlir bəyannaməsinə əsasən Melniçenkonun 1994-cü ildə buraxılmış Jeep Grand Cheroke avtomobili və 1988-ci il istehsalı olan “Qaz 24”-ü var. Habelə onun Vinnitsa şəhərində cəmi 65 kvadratmetrlik mənzili və həmin vilayətdə 2500 kvadratmetrlik torpaq sahəsi mövcuddur.
Bu baxımdan Ukrayna KİV-ləri yazır ki, ola bilsin keçmiş “kombat”-indiki deputat gəlir bəyannaməsini doldurarkən səhvə yol verib, yaxud özü zarafatla bu rəqəmi yazıb və reaksiyaları izləyir. Hələlik keçmiş “kombat” 38.7 milyard dollarlıq gəliri haqda açıqlama verməyib.

Xeberdar.net

Deputatın 38.7 milyard dollar nəğd pulu var?

  • 30-10-2016, 14:38
  • 380


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “O YA AĞLINI İTİRİB, YA DA ÖLKƏNİ QARIŞDIRMAQ İSTƏYİR...” - Mehdiyevin təhdidinə reaksiyalar
  2. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  3. RAMİZ MEHDİYEVİN SİFARIŞ VERDİYİ ŞİRKƏTLƏR - AMEA dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb
  4. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  5. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  6. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda onlayn təlim keçrildi
  7. Bərdədə körpə doğuşdan sonra ölüb- Cinayət işi başlanıb
  8. Hikmət Hacıyev:“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur”
  9. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  10. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI