İran Parlamentində "Türk fraksiyası" işə başladı

İran Parlamentində "Türk fraksiyası" işə başladı
Oktyabrın 30-da İran Parlamentində (İslam Şurası Məclisi) Türk deputatlardan ibarət fraksiya rəsmən fəaliyyətə başlayıb. Bu haqda redaksiyamıza Ümid Partiyasının sədr müavini Rüfət Muradlı məlumat verib. O bildirib :"Artıq neçə aydır bu haqda müzakirələr gedirdi. Nəhayət parlamentdə ölkədəki türklərin təmsilçilərindən 100-ə yaxın deputatın iştirakı ilə fraksiya yaradılıb. Şərqi Azərbaycandan millət vəkili Məsud Pezeşkiyan fraksiyanın sədri, Urmiyənin parlamentdəki təmsilçisi Nadir Qazipur və Ərdəbilin deputatı Rza Kərimi sədr müavinləri seçiliblər. Fraksiyanın fəaliyyətinin sonucunu gözləmədən, parlamentdə təmsil olunanların hansı filtrlərdən keçməsini belə nəzərə alaraq "Türk faktoru"nun daim məhdudiyyətlərə düçar olduğu İran gerçəyində ilkin dəyərləndirməm budur ki, bütünlükdə bu hadisə irəliyə doğru atılmış bir addımdır. İnanırıq ki, yaradılmış fraksiya öz fəaliyyətində Azərbaycan və ölkədəki bütün türklərin sorunlarının çözülməsində təsirli olsun".


İran Parlamentində "Türk fraksiyası" işə başladı

İran Parlamentində "Türk fraksiyası" işə başladı

  • 31-10-2016, 02:21
  • 538


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  3. Daha bir rayon su böhranı ilə üz-üzə
  4. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  5. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  6. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  7. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  8. Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız
  9. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
  10. Bakıda karantini pozan çay evinin icarədarı 2 min manat cərimələndi - Fotolar
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI