Zakir Fərəcov sahibkarları aldatmağa davam edir - 4.7 milyonun aqibəti necə oldu?

Zakir Fərəcov sahibkarları aldatmağa davam edir - 4.7 milyonun aqibəti necə oldu?
Redaksiyamıza daxil olan məlumata görə, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov və onun komandası bir sıra iş adamlarını aldadaraq etdikləri işin müqabilində onların pulunu ödəməməkləriylə bağlı xəbər paylaşmışdıq. Xatirladaq ki, icra başçısı gördükləri işin müqabilində pulları iyun ayınadək ödəyib, ondan sonra isə qalan pulları iş adamı Müqayis Verdiyevdən almalarıyla bağlı təlimat verib. Qeyd edək ki, görülən iş bu yaxınlarda prezidentin də şəxsən açılışına gəldiyi Sumqayıt bulvarı olub. Bulvarın yenidəntəmiri üçün şirkət bütün materialları verib, iyun ayında icra başçısı tərəfindən pullar ödənsə də, daha sonradan heç bir maddi qarşılıq olmayıb. Bundan sonra iş adamları təmir üçün material verməkdən imtina edib, bir daha onlarla işləməyəcəklərini bəyan ediblər. Daha sonrada isə icra hakimiyyətindən Fəzail adlı bir şəxs gələrək, icra başçısının etibarlı adamı olduğunu bildirib və birgə işə davam etməyi təklif edib. İş adamları da prezidentin etimadıyla təyin etdiyi icra başçısının göndərdiyi adamın sözlərinə inanaraq, razılıq veriblər. Fəzail adlı şəxs söz verib ki, prezident açılışa gələndən sonra bütün pullar qəpiyinədək ödəniləcək. Hətta sentyabr ayının 27-də prezident bulvarın əsaslı təmiri üçün Zakir Fərəcovu medalla belə təltif edib. Açılışdan sonra pullarını yenidən tələb edən şirkətə Zakir Fərəcov oyun quraraq, Müqayis Verdiyev adlı digər iş adamına pulları verdiyini və gedib onlardan tələb olunması gərəkdiyini bildirib. Hal-hazırda Müqayis Verdiyev adlı iş adamı isə şərlənərək 3 aylıq həbs cəzasına məhkum olunub. İndi isə iş adamları pullarını kimdən alacaqlarını bilmirlər. Müqayis Verdiyevin saxlanılması ilə bağlı mətbuatda yayılan bir xəbər də diqqət çəkirdi. Həmin xəbərdə deyilirdi: “İş adamı icra hakimiyyətindən Sumqayıt Bulvarının tikintisində istifadə olan matetialların pullarını və işçilərin əmək haqqlarını tələb edib. Çünki iş adamına icra hakimiyyəti tərəfindən 12 milyon manat veriləcəkmiş. Lakin icra hakimiyyəti bu məbləği ödəməkdən imtina edərək, əvəzində iş adamının özünü həbs elətditmək qərarına gəliblər. Bir sözlə desək icra hakimiyyəti iş adamına atıb. Ortada zərər çəkən isə zəhmətkeş fəhlələr olub”. Sahibkarlar son ümid yeri olaraq Prezident Aparatının qarşısına toplandı. Preziden Aparatı ilk olaraq, onları qəbul edib icra hakimiyyətinə yollamağına baxmayaraq, icradan yenə də onları yalan vədlərlə yola salıblar. Fəzail adlı şəxsin qəbuluna da düşə bilməyiblər, belə ki, iş adamlarına bildirilib ki, bu şəxs işə gəlmir. Nəticə budur ki, sahibkarları aldana bu adam “yoxa çıxıb”. Qeyd edək ki, nəzərdə tutulan işlərin başa catdığını görən Sumqayıt Şəhər İcra Hakimiyyəti iş adamlarının pullarını verməmək üçün onları muxtəlif yollarla “zərərsizləşdirmək” əməliyyatına başlayır. İş adamlarına məlum təxribatlar İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, hal-hazırda guya “yoxa çıxan” Fəzail Hüseynov və həmin şöbənin aparıcı mühəndisi Adil Xudadatovun vasitəçiliyi ilə hazırlanır. Ancaq Zakir Fərəcovun kadrı olan adıçəkilən iki şəxs sözügedən iş adamlarına şəxşi işlərini gördürür. Amma sahibkarlar Zeynal Nağdəliyevin qəbuluna gedərkən mühəndis Adil Xudadatov onlara bildirib ki, Zeynal Nağdəliyev və başçı Zakir Fərəcov Coratda hər gün “Kalyon” restoranında hər gün yeyib-içir, sizin şikayətinizə kimsə baxmayacaq. Ona görə də gedin, kimə istəyirsiniz, müraciət edin. İcra hakimiyyətindən sizin pulları Müqayis Verdiyevə demişik deyirlər. Məbləğ 4.2 milyondur. İş adamları da icra hakimiyyətinə bildirir ki, verdiyiniz məbləğ hissə-hissə ödənilib. İş adamlarının pullarını hesablayanda bu pul 4.7 milyon manat edir. Müqayis Verdiyev də 500 pulu öz cibindən qoyub ki, onsuz da məbləği alacaq. Elə buna görə də məlumatların və sənədlərin səthi araşdırılması zamanı məlum olub ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tikinti-abadlıq işlərini gördürdüyü Müqayis Verdiyev başda olmaqla başqa 3 nəfər iş adamını da analoji yolla "zərərsizləşdirib". Müqayis Verdiyev həbsə atdırdıqlarına görə iş adamlarının pullarınının hələ də verilmədiyi bildirilir. Görünür, Zakir Fərəcov və işçiləri bu məsələdə vəzifə səlahiyyətlərindən geninə-boyun yararlanıblar. Sumqayıtda baş verən məlum olayların elementar təhlilindən görmək olur ki, icra başçısı Fəzail Hüseynov və Adil Xudadatov vasitəsi ilə iş adamlarına sözün əsl mənasında divan tutur və bu məsələnin həll olunub-olunmaması onun heç vecinə də deyil. Hüquq-mühafizə orqanları isə bütün bu problemləri yaradanın Müqayis Verdiyev olduğunu nəzərə alaraq həbs edib. Maraqlıdır ki, hüquq-mühafizə orqanları 4 milyon 700 min manat həcmində iş görən Müqayis Verdiyevi 30 min manatlıq yeyintidə ittiham etməsi çox gülünc görünür. Bu məqam da işin qurama olduğunu deməyə əsas verir. Prezident Aparatının tapşırığına məhəl qoymayan icra başçıları iş adamlarını razı salmamaqla, əslində ölkə ərazisində etiraz dalğasını coşdurur.
Xeberdar.net

Zakir Fərəcov sahibkarları aldatmağa davam edir - 4.7 milyonun aqibəti necə oldu?

  • 1-11-2016, 17:33
  • 810


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şənbə günü üçün hava proqnozu açıqlandı
  10. Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI