"SUSUZ DƏYIRMANDI, QIYASSIZ EVIM" REPORTAJ-(VİDEO

"SUSUZ DƏYIRMANDI, QIYASSIZ EVIM" REPORTAJ-(VİDEO
Qiyasəddin İbrahimovun evindən hazırladığımız reportajda anası Şura xanım Qiyasla bağlı xatirələrin bölüşür...

Uluyol.info olaraq həmin videonun mətnin təqdim edirik:

"Qiyasdan nə daşım?! Qiyas ağıllı uşaq idi, Qiyas tərbiyəli. Qiyas heç kimlə belə deyim ki, intriqa etməyən uşaq idi.Demək olar ki, çox vətənpərvər bir oğlandı. Həqiqətən o, çox millətini sevən, vətənini sevən, hamıya hörmət eləməyi bacaran bir uşaqdı. Bu gün ki, gundə də baxmayaraq ki, Qiyas həbsdədi.Həbsdə olduğu yerdə də Qiyası çox sevirlər.Qiyasa hörmət edirlər. Qiyasın özündən, içdən gələn bir xasiyyəti var. Sakitdir, böyüyün kiçiyin yerin biləndir.Ona görə mən həmişə rahat olmuşam.Billirəm ki,Qiyas mənə harda olur olsun olsa üzü ağlıq gətirəcək.Bax, bu gün ki, gündə həbsdə olduğu yerdəndə mənə üzüağlıq gəlir.Demirlər ki,nə Qiyas pis bir iş gördü, ya karsa saldılar.Ya kimsə Qiyasın haqqında başqa pis fikrə düşdü.Yox,ordada Qiyasa hörmət olunur.

O ki, qaldı Qiyasın dostlarına...

Mən elə bilirdim Qiyasın heç dostu yoxdur.Amma bu gün ki, gün görürəm ki, Qiyasın nə qədər, bəlkə də bütün Azərbaycan dostu imiş.Bütün bu Vətəndən sevən bir oğlan olduğu üçün, bütün Azərbaycan, bütün Millət dost imiş. Çünki, Qiyas üçün çoxları, çox adamlar mənim yanıma gəldi. Mənə, Qiyasa dəstək oldular.Qiyasa bacı oldular,qardaş oldular.Mən indi Qiyasın tək olduğun hiss eləmirəm. Deyirəm, fikirləşirəm ki, Qiyasın çoxlu qardaşları,bacıları var.Çünki, Qiyas bunu özü qazanıb.

Qiyas tək uşaq olub evdə.

Nə bacısı olub, nə qardaşı. Sərbəst böyümüş uşaqdır.Pis, əxlaqsız adamlarla, tərbiyəsiz adamlarla oturub-durmağı sevməzdi. Həmişə istəyərdi ki, savadlı adamlarla otursun.Onlardan nəsə öyrənsin. Öyrənməyi sevən uşaqdır, çalışmağı, oxumağı sevən uşaqdı.Bax, belə.Qiyas bu cür uşaqdı. Mən Qiyas tutulandan 4 ay evə gələ bilmədim.Bu evdən çıxdım.Yeni-yeni evə gəlirəm.Gəlirəm hər gün bir dəfə də olsa məni ağladır.Axşam saat yeddidən sonra elə bilirəm ki, hardansa gələcək.

Susuz dəyirmandı də mənim evim.

Qiyassız susuz dəyirmandı.Hələki susuz dəyirmandı.Qiyas haçan bu evdə olursa,tək də olsa,səsi çıxsada,çıxmasada.Elə bilirdim evimdə çoxlu adamlar var.O danışmasa da, mən danışdırırdım.Amma indi hələ ki, susuz dəyirmandır.İnşaallah balam çıxar,yenə balamın nəfəsi bu evi doldurar.Bu balaca otağı...Allahdan balama ancaq,azadlıq istəyirəm.Bütün məhbuslara azadlıq istəyirəm.İnşaallah...

Bu gün Qiyasla danışdım. Şükür Allaha əhval ruhiyyəsi yaxşı idi. "Sağlamlığım yerimdədir,ana " deyir. "Ağrımıram, heç bir yerim ağrımır, yaxşıyam. Bütün dost-tanışlara salam" söylədi.

İnşaallah, Qiyas tezliklə çıxar. O, dostları ilə, bacıları ilə təkrar görüşər.Yeganə arzum, balamın tezliklə şər-böhtandan, üzərindən götürülüb, alnı açıq, üzü ağ evinə dönməsidir.Bir ana kimi gecə-gündüz dualarımdı. Balam o məhbəsdən çıxsın.

Bütün, bütün günahsız, məhbuslarımız, bütün günahsız məhbuslarımız hamısı tezliklə öz evinə, ocağına dönsün.
Arzum budur..."



Saday Fərəcov
Uluyol.info

"SUSUZ DƏYIRMANDI, QIYASSIZ EVIM" REPORTAJ-(VİDEO

  • 7-11-2016, 00:30
  • 408


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI