ABŞ səfiri: "Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

ABŞ səfiri: "Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı ilə növbəti görüşə ümid olmaması barədə söylədiklərinə münasibət bildirərkən söyləyib.

R.Sekuta deyib ki, ABŞ-ı ATƏT-in Minsk Qrupunda həmsədr kimi səfir Ceyms Uorlik təmsil edir və danışıqlarda bilavasitə o iştirak edir:

“Amma onu deyə bilərəm ki, həmsədrlər münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar tərəfləri bir araya gətirmək üçün səylərini davam etdirirlər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri və prezidentlərinin görüşünü təşkil etmək üçün səylər davam etdirilir. Bir şey də birmənalıdır ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Buna görə də məhz sülh yolu ilə münaqişənin həllinə nail olmaq üçün tərəflər bir araya gəlməlidirlər. Bu, çox vacibdir. Həm azərbaycanlılar, həm ermənilər bu münaqişənin, belə bir vəziyyətin həddən artıq uzun müddət davam etdiyi fikri ilə razıdırlar. Sülh yolu ilə irəliləyişin və nizamlanmanın əldə olunması üçün tərəflər tez bir zamanda bir araya gəlməlidirlər”.(apa)

ABŞ səfiri: "Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

  • 9-11-2016, 11:08
  • 461


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI