Ötən ay ana ölümü kimi təqdim edilən hadisənin intihar olduğu müəyyənləşib

Ötən ay ana ölümü kimi təqdim edilən hadisənin intihar olduğu müəyyənləşib
Ötən ay Azərbaycanda baş verən ana ölümünün araşdırılması nəticəsində onun intihar hadisəsi olduğu məlum olub.

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya deyib ki, oktyabr ayı ərzində Azərbaycanda iki ana ölümü baş verib və onlar Tovuzda və Bakıda qeydə alınıb.

S.Məmmədovanın sözlərinə görə, Tovuz rayonunda baş verən ana ölümü hamiləliyin 24-25 həftəliyində qeydə alınıb: “Hadisənin araşdırılması zamanı məlum olub ki, qadının 20-ci həftəsinə qədər onun hamilə olmasından heç kimin xəbəri olmayıb. 20 həftəlikdə qadın başı ağrıdığı üçün həkimə aparılıb. Həkim onun hamilə olduğunu gördükdən sonra qeydiyyata alıb. Qeydiyyata aldıqdan sonra müəyyən müayinələr təyin olunub və xəstə evə buraxılıb. Evə buraxılandan bir ay sonra telefonla anası ilə danışan qadın “Ana, gəlin məni aparın, yoxsa özümü öldürəcəm”, - deyib və özünü zəhərləyib. Ölüm halı doğuş zamanı olmayıb. Zəhərlənmə nəticəsində körpə də ana bətnində ölüb. Cəsədin məhkəmə tibbi ekspertizasının nəticəsinə görə, qadının kimyəvi maddə ilə özünü zəhərlədiyi məlum olub. Patoloji rəyə görə, ana ölümünə amin qrupdan olan kimyəvi maddədən zəhərlənmə səbəb olub. Ana ölümünün araşdırılması zamanı aydın olub ki, əslində bu, intihar hadisəsidir”.

S.Məmmədova vurğulayıb ki, digər ana ölümü Bakı şəhərində, Sabunçu rayonu 3 saylı Klinik Xəstəxanada qeydə alınıb. Onun sözlərinə görə, ana ölümü hamiləliyin 34-cü həftəsində qeydə alınıb: “Həmin hadisə zamanı ananın 7-ci hamiləliyi, qeysəriyyə yolu ilə isə 4-cü hamiləliyi olub. Axırıncı hamiləlik qeysəriyyə ilə nəticələndiyi üçün həkimlər bu qadına dünyaya uşaq gətirməyi qadağan ediblər. Lakin xanım həkimlərin məsləhətinə riayət etməyərək heç iki ay keçməmiş təkrarən hamilə qalıb və bunu hamıdan gizlədib. 5-6 aylığında qohumları onun hamilə olduğunu biləndə hamiləliyi sonlandırmağı təklif ediblər. Amma qadın razı olmayıb. Üçüncü qeysəriyyə kəsiyindən sonra qadının uşaqlığının üzərində üç çapıq olub. 5-6 aylığından başlayaraq cift həmin çapıq nahiyəsindən çölə doğru invalizə edib ki, bu hala ciftin ətə batması deyilir. O, 2-3 dəfə 3 saylı şəhər Klinik Xəstəxanasında müalicə üçün hospitalizasiya olunub. Hər dəfə həkimlər hamiləliyi sonlandırmağı təklif etsələr də, imtina edib. Axırıncı dəfə xəstəxanaya yerləşdiriləndə qadında kəskin ağrılar olub və həkimlərin səylərinə baxmayaraq, qanaxmanı saxlamaq mümkün olmayıb. Bunu nəzərə alan həkimlər səhər tezdən qan, plazma tədarükü görərək, iki anestezoloqun nəzarəti altında ananı əməliyyata götürüblər. Əməliyyat zamanı xəstənin kəskin ürək-damar çatışmazlığı baş verib, ana ölümü baş verib. Ananın uşağı olub və hazırda sağdır.
Bu gün də meyit yarılmadığından möhürlənmiş məhkəmə tibbi ekspertizanın rəyi yoxdur. Amma təhlillər göstərir ki, stasionarda olan müayinələrin nəticələrinin hamısı dölyanı mayenin damara düşməsidir, yəni tromba emboliya ehtimalıdır. Respublikanın baş anestezioloq-reanimatoloqu Aydın Qədirov da rəy verib ki, xəstəliyin klinikasına görə ana ölümünün səbəbi 90 faiz tromba embaliyadır”.
Xeberdar.net

Ötən ay ana ölümü kimi təqdim edilən hadisənin intihar olduğu müəyyənləşib

  • 17-11-2016, 17:04
  • 365


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  3. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  4. İş icazəsi ilə istirahətə gedənlər cərimələndi - VİDEO
  5. Daha bir rayon su böhranı ilə üz-üzə
  6. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  7. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  8. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  9. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  10. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI