Azərbaycan millisi Avropa Çempionatında birinci oldu

Azərbaycan millisi Avropa Çempionatında birinci oldu


Binə qəsəbəsindəki "Elit Atçılıq və Polo" klubunda, Polo üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Polo Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın 3-cü günü Azərbaycan milli komandası, İrlandiya seçməsi ilə qarşılaşıb. Görüş seçməmizin 7-4 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız ardıcıl 3-cü qələbədən sonra xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlinin vahid liderinə çevrilib.

Günün digər görüşündə ilk olaraq meydana İsveçrə və İtaliya komandaları çıxıblar. Oyun İsveçrə təmsilçilərinin aşkar üstünlüyü şəraitində başa çatıb 11-1. Ardınca Almaniya seçməsi İspaniya komandasını sınağa çəkib. Görüş almaniyalı polo ustalarının 8-5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra Polo üzrə Avropa çempionatında 3 günlük fasilə yaranıb. Yarışın növbəti mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək. Sentyabrın 10-u ilk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş saat 17:00 -da başlayacaq. Saat 18:00 -da isə İtaliya komandası Almaniya poloçuları ilə üz-üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19:15 -ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.

Azərbaycan millisi Avropa Çempionatında birinci oldu

  • 7-09-2015, 14:03
  • 738


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  2. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  3. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  4. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  5. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  6. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  7. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  8. Şənbə gününün hava proqnozu açıqlanıb
  9. Deputatların əlavələrlə birlikdə aldığı məvacib - Kimə nə qədər düşür?
  10. “Suriyada ABŞ-ın hərbi bazası hücuma məruz qalıb” –KİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI