Bakıda 42 yaşlı fəhləni döyərək soydular

 Bakıda 42 yaşlı fəhləni döyərək soydularBakının Səbail rayonunda 42 yaşlı fəhlə işdən evə qayıdarkən soyğunçuluğa məruz qalıb.

Musavat.com xəbər verir ki, Səbail rayonu Badamdar qəsəbəsində “Aylı gecə” şadlıq evinin qarşısında Ağayev Müşfiq Tərlan oğlu yaşadığı evə qayıdan zaman iki maskalı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər Müşfiq Ağayevdən siqaret istəyiblər. "Yox" dediyi zaman naməlum şəxslərdən biri onu vurub. Bundan sonra huşunu itirərək yerə yıxılan Müşfiqin cibindən 40 manat pulunu aparıblar.

Yaralı yoldan keçən avtomobil sürücülərinin köməkliyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Özünün dediyinə görə, o, fəhlə bazarında işləyir. Cibindən oğurladıqları pul da onun ötən günkü qazancı olub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılır.

Xeberdar.net-in

Bakıda 42 yaşlı fəhləni döyərək soydular

  • 29-11-2016, 09:25
  • 296


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  8. Qazaxda düşmən təxribatı davam edir
  9. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  10. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI