Beyləqanın maliyyə bossunun maliyyə maxinasiyaları

Beyləqanın maliyyə bossunun maliyyə maxinasiyaları


Redaksiyamıza Beyləqan rayon Maliyyə İdarəsinin müdiri Oqtay Hacıyevlə bağlı məlumat daxil olub.


Məlumatda bildirilir ki, O.Hacıyev uzun zamandır icra başçısı Vaqif Abdullayevin adından rayonun bir çox idarə və müəssisələrindən pul yığır. O.Hacıyev müəyyən ştatlaı məhz pulla idarələr satır və bunu icra başçısının göstərişi ilə elədiyini deyir. Məlumatda iddia olunur ki, Maliyyə Nazirliyindən Beyləqan Maliyyə İdarəsinin yoxlanılması üçün nümayəndələr göndərilib və O. Hacıyev onları razı salmağa çalışır. Amma yeyintinin miqyası böyük olduğundan O.Hacıyevin işi çətinə düşüb. Dia.az-a gələn məlumatda bildirilir ki, O.Hacıyevin əsas yeyinti işi kənd icra nümayəndəliklərinə,eləcə də Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbəsinə cari tamir üçün ayrılan pulları mənimsəməkdən ibarətdir. Bu işdə ona əsas dəstəyi isə Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov verir. Əvvəllər Pambıq Zavodunun müdiri işləyən O Hacıyevin ikinci diplomunun qanunauyğun olmadığı və Təhsil Nazirliyinin diplom bankında qeydiyyatdan keçmədiyi bildirilir. Məlumatda onun, diplomu İqtisad Universitetinin Dərbənd filialından aldığı qeyd edilir.
Bu məsələ ilə bağlı redaksiyamıza daha ciddi məlumatlar daxil olub və hazırda onları araşdırırıq. Bundan sonra həmin məlumatları təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq./Xeberdar.net/

Beyləqanın maliyyə bossunun maliyyə maxinasiyaları

  • 7-09-2015, 16:00
  • 833


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Tanınmış polis rəisinin gənc oğlu vəfat etdi
  4. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  5. Yeni başçı Vilyam Hacıyevin rəqsə meyilli kadrı ilə işləyə biləcəkmi? - VİDEO
  6. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  7. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  8. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  9. Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi–”Qozbeli qəbir düzəldər”–Araşdırma
  10. Sabah güclü külək əsəcək
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI