Lənkəranda iki avtomobil toqquşub, güclü yanğın baş verib

 Lənkəranda iki avtomobil toqquşub, güclü yanğın baş veribLənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, bu gün saat 08.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Cil kəndi ərazisindən keçən hissəsində Lənkəranın Separadi kənd sakini İlqar Şərif oğlu Məcidovun idarə etdiyi “Ford” markalı, 99 EA 142 dövlət nömrə nişanlı yük mikroavtomobili rayonun Cil kənd sakini Bəhmən Süleyman oğlu Rəsulovun idarə etdiyi “VAZ-2107” markalı, 10 EE 198 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “Ford” maşını idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə, telefon yeşiyinə və qaz borusuna çırpılıb. Nəticədə qırılmış qaz borusundan qaynaqlanmış güclü alov dalğası yaxınlıqdakı yaşayış evinə keçib.

“Ford”un mühərrik hissəsi də yanaraq, sıradan çıxıb. Hadisə yerində olan yerli sakinlərin və eləcə də Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsinin səyləri ilə yanğın söndürülməklə onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə, eləcə də qaz, elektrik və rabitə təsərrüfatına ciddi ziyan dəyib.

Qəzanın başvermə səbəbləri avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olaqcaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberdar.net

Lənkəranda iki avtomobil toqquşub, güclü yanğın baş verib

  • 2-12-2016, 10:39
  • 429


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI