Ötən il 370 milyard dollarlıq silah satılıb

Ötən il 370 milyard dollarlıq silah satılıb
Helikopter

Dünyanın ən iri silah şirkətləri ötən il 370.7 milyard dollarlıq silah satıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) beynəlxalq silah sənayesi haqda son hesabatında belə deyilir.

SIRPI-nın hazırladığı sənəddə dünyanın 100 ən böyük silah və hərbi xidmət şirkətindən danışılır. Siyahıya yenə ABŞ-ın silah istehsalçıları liderlik edirlər. Onların silah satışının həcmi keçən il 209.7 milyard dollar olub. Bu isə 2014-cü illə müqayisədə 2.9% azalma deməkdir.

SIRPI Birləşmiş Ştatların iri silah şirkətlərinin satış həcminin 5 ildir ki, azalmaqda olduğunu qeyd edir. Gəlirlərinin azalmasına baxmayaraq, dünyanın iri silah istehsalçılarının yarıdan çoxu Birləşmiş Ştatların payına düşür.

AVROPADA 6.6% ARTIM

Avropanın silah şirkətləri isə gəlirlərini çoxaldıb, 95.7 milyard dollar əldə ediblər. SIRPI-nın 100-lüyünə daxil olan Avropa silah şirkətlərinin satış həcmi 2015-ci ildə 6.6% artıb.

Avropada ən çox Fransanın silah şirkətlərinin irəli düşdüyü görünür. Hesabatda Fransaya məxsus şirkətlərin gəlirlərini 13.1% artırdığı, 2015-ci ildə 21.4 milyard dollara çatdırdığı deyilir. Qərbi Avropada silah satışının həcminin artmasında məhz Fransanın 6 şirkətinin payı olub.

Ötən il 370 milyard dollarlıq silah satılıb
100-lüyə daxil olan 11 Rusiya şirkətinin silah satışından əldə etdiyi gəlir keçən il 30.1 milyard dollar təşkil edib. Bu da öncəki illərlə müqayisədə 6.2% artım deməkdir.

SIRPI Rusiyanın gəlirlərinin vertolyotlar, taktiki raketlərin satışının artması hesabına çoxaldığını qeyd edir, bununla belə, bir il öncəylə müqayisədə rus silah şirkətlərinin zəiflədiyini vurğulayır.

CƏNUBİ KOREYA ŞİRKƏTLƏRİ ÖNDƏ

Silah satışında ən böyük artım Cənubi Koreya şirkətlərinə məxsusdur, 2015-ci ildə onların gəlirinin 31.7% artdığı müəyyən edilib.

Türkiyənin silah şirkətlərinin satış həcmi 10.2%, Hindistan şirkətlərininki 9.3% artıb.

Ən böyük azalma isə 100-lükdəki Braziliya şirkətində müşahidə edilib. 2015-ci ildə Braziliyanın ən iri silah şirkətinin gəlirləri 28.1% azalıb.

SIRPI dünyada cəmi silah satışının həcminin 2015-ci ildə 0.6% azaldığını bildirir. Azalma 5-ci ildir müşahidə olunur.

SIRPI Silah Sənayesi haqda Məlumat Bazası 1989-cu ildə yaradılıb, dünyanın silah şirkətləri haqda bilgiləri toplayır./AzadlıqRadiosu/

Ötən il 370 milyard dollarlıq silah satılıb

  • 5-12-2016, 10:31
  • 416


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “O YA AĞLINI İTİRİB, YA DA ÖLKƏNİ QARIŞDIRMAQ İSTƏYİR...” - Mehdiyevin təhdidinə reaksiyalar
  2. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  3. RAMİZ MEHDİYEVİN SİFARIŞ VERDİYİ ŞİRKƏTLƏR - AMEA dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb
  4. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  5. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  6. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda onlayn təlim keçrildi
  7. Bərdədə körpə doğuşdan sonra ölüb- Cinayət işi başlanıb
  8. Hikmət Hacıyev:“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur”
  9. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  10. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI