Ana və uşaq ölümlərinin səbəbləri nədir? HƏKİM RƏYİ

Son 20-25 ildə Azərbaycanda anaların, 1 və 5 yaşadək uşaqların ölüm halları kəskin azalıb.

Bunu “Sosium” proqramının qonağı, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov deyib.


Ana və uşaq ölümlərinin səbəbləri nədir? HƏKİM RƏYİ
Həkim bildirib ki, 90-cı illərdə gər il ölkədə ana ölümü ilə bağlı 50-yə yaxın fakt qeydə alınıb. Onun sözlərinə görə, hazırda il ərzində Azərbaycanda 24-26 ana ölümü faktı qeydə alınır: “Əvvəllər ana ölümünün səbəbi daha çox antenatal qulluğa cəlb olunmama, eyni zamanda kən yerlərində, ucqar yerlərində texniki və insan resurslarının çatışmazlığı, anaların xəstəxanalarda deyil, evlərdə doğuş keçirməsi, xüsusi ilə də tibb işçisi olmadan doğuş keçirməsi halları idisə, hazırda ana ölümünün əsas səbəblərindən yeganə olaraq rast gəldiyimiz antenatal qulluğun olmamasıdır. Yəni, hamilə qadın hamiləlikdən əvvəl və hamiləlik dövründə həkimə müraciət etməməsi hamiləliyi ağırlaşdıran, ana ölümünün əsas səbəblərindən biridir. əvvəlki illərlə müqayisədə azalmasına baxmayaraq hələ də bəzi analar obyektiv və subyektiv səbəbdən doğuşu evdə keçirirlər. Bu da analar arasında ölüm riskini azaldır. Digər tərəfdən qeysəriyyə əməliyyatları həm anada, həm də körpədə ölüm riskini artırır”.

N.Seyidov qeyd edib ki, qeysəriyyə əməliyyatının sayının azaldılması istiqamətində davamlı tədbirlər görülür. Uşaq ölümlərinə gəlincə həkim əlavə edib ki, ildən-ilə bununla bağlı azalma qeydə alınır: “90-cı illərdə hər il Azərbaycanda 1 yaşadək uşaqlar arasında 5000-ə qədər uşaq ölümü qeydə alınırdısa, hazırda il ərzində 2032-2033 uşaq ölümü qeydə alınır. Əsas məqsədimiz uşaq ölümü hallarını azaltmaq və qabaqcıl Avropa ölkələrinin səviyyəsinə çatmaqdır. Bu sahədə işlər görülməlidir. Uşaq ölümü səbəblərinə gəlincə, 90-cı illərdə əgər uşaqların böyük bir qismi, təxminən 2000-ə yaxını infeksion xəstəliklərdən dünyasını dəyişirdisə, digər qismi tənəffüs orqanlarının xəstəliklərindən ölürdüsə, hazırda infeksion və tənəffüs orqanları xəstəlikləri səbəbindən uşaq ölümü halları azalıb. Hazırda uşaqların ölüm səbəbləri daha çox pernatal səbəblərlə bağlıdır. Yəni, hazırda uşaqların ölümü halları daha çox hamiləlik dövründə, ana bətnində və doğulduqdan dərhal sonra yaranmış problemlərlə bağlıdır. Burada da daha çox həkim nəzarəti altında olmayan analarda uşaqların ölüm riski daha yüksək olur”.

Ana və uşaq ölümü faktlarının çox bəzisinin həkim səhvi ucbatından baş verdiyini təsdiqləyən həkim səhlənkarlığa yol verən tibb işçilərinin cəzalandırıldığını vurğulayıb. Onun sözlərinə görə, ölkədə ana və uşaq ölümü hallarının azaldılması istiqamətində ardıcıl tədbirlər görülür. N.Seyidov vurğulayıb ki, 2015-ci ildən Azərbaycanda diri doğulmanın yeni meyarlarına keçilib. Onun sözlərinə görə, yeni beynəlxalq meyarlar əsasında artıq hamiləliyin 22-ci həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlamətləri - ürək döyüntüsü, nəfəsalma, yaxud əzələlərin hərəkəti müşahidə edilirsə, o, diri doğulmuş uşaq sayılır. Yəni, 22-ci həftədən 37-ci həftəyə kimi bütün doğulanlara vaxtından əvvəl diri doğulan uşaqlar deyilir: “Hazırda biz bədən çəkisi 500 qramdan çox olan və 22-ci həftəsindən sonra doğulmuşları diri doğulmuş uşaq sayırıq. Azərbaycan səhiyyəsi imkan verir ki, bu cür uşaqların sağ qalması üçün əlimizdən gələni edə bilirik”.

Həkim ana və uşaq ölümü hallarının azalmasını ölkədə iqtisadi vəziyyətin, səhiyyə xidmətlərinin çeşidi və keyfiyyətinin yaxşılaşması ilə əlaqələndirir: “Son 10-15 il ərzində Azərbaycanda səhiyyə infrastrukturuna çox ciddi sərmayələr qoyulub. Bunun nəticəsi olaraq həm texniki imkanlar artıb, həm də həkimlərin peşəkarlığı, təcrübələri artıb, yeni innovativ texnologiyaların tətbiqi sahəsində ciddi irəliləyişə nail olunub”.

İl ərzində ölkədə hər il 150-170 min doğuş keçirilirdisə, ildən asılı olaraq körpələrin 45-57 mini qeysəriyyə yolu ilə doğulur. Yəni, təxminən uşaqların təxminən 30%-i qeysəriyyə əməliyyatı ilə dünyaya gəlir. Artıq ölüm riskini artıran qeysəriyyə əməliyyatları ilə bağlı da konkret göstərişlər verilib: “Bu göstərişə uyğun gəlməyən hamilə qadınların qeysəriyyə əməliyyatına götürülməsi qadağan edilib. Yəni, bu həmin qadınlar üçün əks göstərişdir. Buna qədər analar özləri qərar verirdisə, indi bunun üçün tibbi göstəriş olmalıdır”.

Vaxtından əvvəl doğulmuş körpələrdə ölüm riski yüksək olduğundan İctimai Səhiyyə və İslahatlar Mərkəzi 7 rayonda araşdırma aparıb: “Məqsədimiz 22-32-ci həftələrdə doğulan körpələrdəki problemlərin aşkarlanmasına nail olmaqdır. Bilirsiniz ki, körpə nə qədər erkən doğuldusa, onun ölüm riski daha da artır. Bir körpənin sağ qalması ölkə və ailə üçün çox vacibdir. Biz bununla bağlı dünya statistikasını araşdırdıq. Dünyada körpələrin vaxtından əvvəl doğulması irsi xəstəlilər, anada infeksiyaların olması, travmalar, qanaxmalar səbəbindən baş verir. Azərbaycanda da bu səbəblər var. Amma bizdə erkən doğumun əsas səbəblərindən biri vaxtında həkimə müraciət etməməklə bağlıdır. Qadınlar hamiləlikdən əvvəl qadın məsləhətxanalarına, ailə həkiminə müraciət etməlidir. Onlarda müxtəlif infeksiyalar yoxlanılmalıdır, hamiləliyə hazırlaşan qadınlara vitaminlər, dərmanlar yazılır. Ata və ananın siqaret çəkməsi, düzgün və sağlam qidalanmama, piylənmə, spirtli içkilər, fiziki aktivliyin olmaması bunlar erkən doğuma və hamiləliklə bağlı problemlərə gətirib çıxardır. Hamiləlik dövründə qadın azı 2 dəfə ultrasəs müayinəsindən keçməlidir. Ümumiyyətlə, hamiləlik dövründə qadınlar ən azı 4 dəfə müayinədən keçməlidir”.

Ana və uşaq ölümlərinin səbəbləri nədir? HƏKİM RƏYİ

  • 5-12-2016, 20:50
  • 698


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır
  2. Partiya sədri Şuşa ilə bağlı Prezidentə müraciət etdi
  3. "Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ
  4. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
  5. İqbal Ağazadənin təklifi Milli Məclisdə gündəmə gətirildi
  6. Vəhşicəsinə öldürülən “Emin 444”ün anasından şok açıqlamalar – Video
  7. Deputat: “Karantin rejimində toylar keçirilsin”
  8. Azərbaycan sərhədləri açır? - Nazirlər Kabineti açıqladı
  9. Millət vəkili problemi həll etdi - FOTO
  10. Sabiq Nazirin topdağıtmaz biznesi - SİYAHI
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI