Yeni ilə ərəfəsində əfv ola bilər

Yeni ilə ərəfəsində əfv ola bilərSəadət Bənənyarlı: «Siyahımızı komissiyaya təqdim etmişik» Əliməmməd Nuriyev: «Bayram ərəfəsində əfv sərəncamının olacağını istisna etmirəm”
“Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv sərəncamının imzalanması gözlənilir. Bu istiqamətdə iş gedir. İşçi Qrupu da nəzarətdə saxladığı bir sıra məhbusların siyahısını komissiyaya təqdim edib”. Bunu Bizimyol.info saytına açıqlamasında İnsan hüquqları üzrə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənəyarlı deyib.

O, beynəlxalq təşkilatlar tərəfindən “siyasi məhbus” hesab edilən şəxslərin adının siyahıda olub-olmaması ilə bağlı sualımıza müsbət cavab verib. “Biz təqdim etdiyimiz siyahıda həmin məhbusların da adı var. Bilirsiniz ki, 2-3 fərqli siyahı var. Əfv komissiyasının özü də bu məsələni araşdırır. Bizdə olan siyahıda olan insanların adı o biri siyahılarda da var” - deyə hüquq müdafiəçisi bildirib.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Bizimyol.info saytına indiyə qədərki təcrübədən çıxış edərkən bildirib ki, hər il Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində prezident tərəfindən bir qayda olaraq əfv sərəncamı imzalanır. “Bu il də əfv sərəncamının olub-olmamayacağını söyləmək çətindir. Çünki bu, ölkə başçısının müstəsna konstitusion səlahiyyətinə aiddir. Ancaq onu deyə bilərəm ki, Əvf Komissiyası və Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv sektoru bu məsələ ilə daim məşğuldir. Hər iki qurum əmrlə bağlı müraciətləri qəbul edir, emal edir və müvafiq arayışlar hazırlayır. Yəni daimi işləyən qurumdur. Eyni zamanda, Əfv Komissiyasına edilən müraciətləri də komissiyanın katibliyinə və biz Əfv Sektoruna göndəririk. Komissiyanın nizamnaməsinin prosedurlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən daxil olan müraciətlərə əsasən müvafiq arayışlar hazırlanır”. Ə.Nuriyev vurğulayıb ki, Əfv Komissiyasının iclasının çağırılması isə sədrin səlahiyyətinə aid olan məsələdir. O qeyd edib ki, ilin sonunda əfv olacağını arzulayır və reallaşacağına ümid edir.

Hüquq müdafiəçisinin sözlərinə görə, müstəqillik əldə edildikdən sonra 61 əfv sərəncamı olub və nəticədə 9 mindən artıq şəxs cəzadan azad edilib. Eyni zamanda 11 Amnistiya Aktı nəticəsində 120 mindən artıq məhkum cəzadan azad edilib. “Bundan başqa, Ədliyyə Nazirliyi tərəfindən vaxtından əvvəl şərti azad etmə və cəzanın yüngülləşdirilməsi institutun səmərəli tətbiqi ilə bağlı komissiya yaradılıb. Komissiyanın fəaliyyət göstərdiyi son 3 il ərzində 6 min 500 şəxsin müraciətinə baxılaraq barələrində müsbət rəy verilib. Onların 98 faizi məhkəmələr tərəfindən cəzadan azad edilib, yaxud da cəzalarının daha yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkmələrinə qərar verilmişdir. Bu baxımdan, hazırda Azərbaycanda cəza siyasətində yumşalması istiqamətində addımlar davam edir. Bunu bütövlükdə ölkədə aparılan islahatların tərkib hissəsi kimi də qəbul etmək olar. Hesab edirəm ki, aparılan bu siyasət davam etdirləcək və bu səbəbdən bayram ərəfəsində əfv sərəncamının olacağını istisna etmirəm” - deyə Ə.Nuriyev bildirib.

Xeberdar.net

Yeni ilə ərəfəsində əfv ola bilər

  • 13-12-2016, 20:08
  • 377


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI