31 yaşlı oğlan 49 yaşlı sevgilisini öldürdü

31 yaşlı oğlan 49 yaşlı sevgilisini öldürdü Qısqanclıq zəminində daha bir qətl hadisəsi, ötən gün Xaçmaz rayonunda baş verib. Rayonda ürəyinə endirilmiş bıçaq zərbəsindən, 1967-ci il təvəllüdlü Quçiyeva Ruzarya Georgiyevna ölüb. Qadın öz evində yaralanıb və rayon Mərkəzi Xəstəxanasına yerləşdiriləndən bir neçə saat sonra keçinib. Bu barədə Sputnik-ə Xaçmaz rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət Heydər Əliyev prospektindəki evdə baş verib. Əməliyyatçılar tezliklə qətli törətməkdə şübhəli bilinən şəxsin izinə düşüblər. Əvvəllər oğurluq üstündə məhkum edilmiş, 1985-ci il təvəllüdlü yerli sakin Nəsirov Turxan Akif oğlu şübhəli şəxs qismində saxlanılıb. Evində tək yaşayan Quçiyeva ilə Nəsirov arasında yaxın əlaqələr var imiş. Bazar ertəsi gecə Nəsirov onun qonağı olub. Qadın onunla münasibətlərini pozduğunu və özünə yeni sevgili tapdığını deyib. Nəsirov bu sözlərdən möhkəm qəzəblənib. Nəticədə münaqişə baş verib və Quçiyevanın qonağı bıçağa əl atıb. Xaçmaz Rayon Prokurorluğu faktla bağlı istintaqı davam etdirir.

Xeberdar.net

31 yaşlı oğlan 49 yaşlı sevgilisini öldürdü

  • 14-12-2016, 11:57
  • 234


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Siyasi partiyadan təqdirəlayiq addım- ehtiyacı olan ailələrə yardım edildi
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI