"Gözləntilərimiz böyükdür" - Elman Rüstəmov

"Gözləntilərimiz böyükdür" - Elman Rüstəmov



"Azərbaycan Şahmat Federasiyası Dünya Şahmat Kubokunun Bakıda ən yüksək səviyyədə keçirilməsi üçün hər şeyi edib".

Bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Bakıda keçiriləcək Dünya Şahmat Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.

E.Rüstəmov bildirib ki, turnirdə çox gərgin yarışmanın keçməsini gözləyirik: “İdmançılarımız bu yarışmaya yaxşı hazırlaşıblar və ümid edirik ki, idmançılarımız uğurla çıxış edəcəklər. İdmançılarımızdan gözləntilərimiz böyükdür”.

O, qeyd edib ki, son illərdə Azərbaycan şahmatçılarının beynəlxalq turnirlərdə qazandığı uğurlar hamıya məlumdur: “Bu gün güclü komandamız, güclü oyunçularımız var. Burada əsl idman mübarizəsinin baş tutmasını gözləyik”.

E.Rüstəmov əlavə edib ki, turnirdə dünyanın ən yüksək reytinqli şahmatçıları iştirak edir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov da Azərbaycanda güclü şahmatçıların yetişdiyini bildirib və idmançılarımızdan yarışmalarda yüksək nəticələr gözlədiyini diqqətə çatdırıb.

"Gözləntilərimiz böyükdür" - Elman Rüstəmov

  • 9-09-2015, 23:02
  • 729


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI