38 yaşlı kişini bıçaqlayıb aradan çıxdılar

38 yaşlı kişini bıçaqlayıb aradan çıxdılar


Yaralının üzərində cərrahiyyə əməliyyatı aparılsa da onun vəziyyəti ağırdır.


Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Gəncə şəhər Mahrasa bağı, bina 12, evə 23 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Samir Osman oğlu Osmanov Gəncə şəhəri Nizami rayonu ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətiriblər.

Xəstəxanadan bildirdilər ki, bıçaq yarası alan 38 yaşlı kişinin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyəti ağırdır.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Gəncə şəhərində dünən də bıçaqlanma hadisəsi baş vermişdi. Elmir Əsgərov adlı Gəncə sakini öz dayısı oğlu Ramin Zamanova aralarında yaranmış mübahisə səbəbindən ona bir neçə bıçaq zərbəsi endirərək xəstəxanalıq etmişdi. /Xeberdar.net/

38 yaşlı kişini bıçaqlayıb aradan çıxdılar

  • 10-09-2015, 12:33
  • 810


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI