İcra başçısı təftiş edilir

İcra başçısı təftiş edilir

Prezident İlham Əliyev Binəqədi rayonunda 283 saylı orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olarkən bir məqam diqqətdən qaçmadı.
Söhbət Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovun prezidentin yanında görünməməsindən gedir. Halbuki Xaləddin İsgəndərov da orada olmalı idi.
Cumhuriyyət.az İstiqlal.az-a istinadən bildirir ki, icra başçısının prezidentin yanında görünməməsi təsadüf deyil. Bildirilir ki, Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra Xaləddin İsgəndərov prezidentin yanında etimadını itirib. Hətta yaxın qohumu, vergilər naziri Fazil Məmmədov belə onu vəziyyətdən çıxara bilməyib. Məlumatda deyilir ki, parlament seçkilərindən sonra Xaləddin İsgəndərov vəzifəsindən uzaqlaşdırıla bilər. Artıq onun fəaliyyəti ilə bağlı geniş araşdırmalara başlanılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Xaləddin İsgəndərovun şəxsi obyektlərində də yoxlamalar aparıldığı xəbəri yayılıb. Məlumatda bildirilir ki, artıq yoxlamalar nəticəsində maliyyə maxinasiyaları ilə bağlı xeyli fakt aşkar edilib. Məlumata görə, yoxlamaların nəticələri Baş Prokurorluğa göndəriləcək. Bu isə Xaləddin İsgəndərovun təkcə vəzifədən çıxarılmas deyil, həbs planının olduğunu deməyə əsas verir. /Xeberdar.net/

İcra başçısı təftiş edilir

  • 10-09-2015, 12:15
  • 754


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  3. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  4. İş icazəsi ilə istirahətə gedənlər cərimələndi - VİDEO
  5. Daha bir rayon su böhranı ilə üz-üzə
  6. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  7. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  8. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  9. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  10. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI