Elman Abbasov: “Mehman Hüseynovun həbsi siyasi sifarişdir”

Elman Abbasov: “Mehman Hüseynovun həbsi siyasi sifarişdir”


“Ümid Partiyası sədrinin İnformasiya və Mətbuat üzrə müavini Elman Abbasov gənc fəal, bloqqer Mehman Hüseynovun həbsinə münasibət bildirib. Xeberdar.net-ə daxil olan münasibətdə deyilir:

“Xəbər verdiyi kimi, yanvarın 9-da axşam saatlarında M.Hüseynov həbs olunub. Vəkil Elçin Sadıqovun məlumatına görə, o hazırda Nəsimi rayon məhkəməsinə aparılır və polisə tabe olmamaqda ilə ittiham olunur.
Bundan əvvəl də bir sıra gənc siyasi fəallar və bloqqerlər narkotik və başqa ittihamlarla həbs olunub.

Hesab edirik ki, Mehman Hüseynovun və digər gənc fəalların həbsi siyasi sifarişli həbsdir. Digər siyasilərin həbsində olduğu həbsi zamanı da bütün prosessual qaydalar pozulub. Həbs olunması, eləcə də həbsin motivi barədə bir neçə saat qohumlarına, vəkilinə və ictimaiyyətə dolğun məlumat verilməyib.

Hakimiyyət bu cür həbslərlə Azərbaycanın gələcəyi olan azad fikirli, fərqli düşüncəli gənclərin, bloqerlərin, jurnalistlərin gözünü qorxutmağa, siyasi proseslərdən kənar saxlamağa çalışır. Bu cür həbslər və ittihamlar artıq ictimaiyyətdə kinayə hissi yaradır. Ölkənin imicinə ciddi ziyan vurur.
Qeyd edim ki, bu gün Azərbaycanın gələcəyi olan gəncliyin onsuz da böyük problemləri var. İşsiz-gücsüz, evsiz-eşiksiz, asudə vaxtını səmərəli keçirə bilməyən, istədiyi formada təhsili ala, yaşaya bilməyən, zamanında ailə həyatı qurmaq imkanı olmayan bir Azərbaycan gəncliyi var. Hakimiyyət nəzərə almalıdır ki, bu həbslər gəncləri islah etmir, əksinə onların həyatında böyük mənəvi travmalar yaranmasına səbəb olur.

Biz Ümid Partiyası olaraq bu cür həbsləri həmişə pisləmişik, münasibət bildirmişik və həbs olunan siyasi məhbusların azadlığa buraxılması üçün hakimiyyətə çağırışlar etmişik.

Hesab edirik ki, hakimiyyət gənclərlə davranışda daha diqqətli olmalı, həbslər dayandırılmalı, həbsdə olan gənclər azdlığa çıxmalıdırlar. Gəncləri həbs etmək əvəzinə intellektual, dünya ilə ayaqlaşa bilən, azad düşüncəli Azərbaycan gəncliyinin yetişməsi üçün münbit şəraitin yaradılması istiqamətində təxirəsalınmaz addımlar atmalıdır. Əks təqdirdə gənclərə qarşı aparılan repressiya siyasəti, basqılar, gənclər arasında ayrı-seçkilik gələcəkdə ölkənin inkişafında gəncliyin roluna çox ciddi zərbə vuracaq. Çünki yaşamaq üçün münbit şəraiti olmayan, dövlət qayğısından uzaq olan gənclik imkan tapan ilk fürsətdə ölkəni tərk edərək, qonşu ölkələrə, Avropaya üz tutur, gənclik dövrlərində fiziki və elmi potensiallarını getdikləri ölkələrə sərf etməli olurlar.”

Xeberdar.net

Elman Abbasov: “Mehman Hüseynovun həbsi siyasi sifarişdir”

  • 10-01-2017, 16:07
  • 274


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Axı bu ayrıseçkilik qoxan cümlələr bir aydının qələmindən necə çıxa bilər?!
  2. Baxış Nağıyevin Gədəbəydən göndərdiyi adamı Jurnalisti ölümlə hədələdi
  3. Rusiyalı ekspert: "Rəsmi Moskva İrəvana təzyiqini artırır"
  4. Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı
  5. İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək
  6. Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…
  7. Elan- İtdiyi üçün etibarsız sayılır
  8. Nazirlik yayılan məlumatları təkzib etmədi
  9. BAKI VAQON DEPOSUNUN RƏİSİ İPƏ-SAPA YATMAYAN BƏLƏDÇİLƏRƏ «ƏXLAQSIZLIQ DAMĞASI» VURUR?
  10. Rusiyada toqquşan qırıcı təyyarələrin pilotları sağ tapıldı - Yenilənib
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI