Hacı Əliyev ikiqat dünya çempionu oldu

Hacı Əliyev ikiqat dünya çempionu oldu

Güləşçilərimiz Rio Olimpiadasina lisenziyaların sayını 10-a çatdırdılar.

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Avropa.info-ya verilən məlumata görə, çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşir.

Sərbəst güləş yarışları ötənilki Dünya və Avropa çempionumuz Hacı Əliyev (61 kq) bu dəfə də finala qədər maneəsiz irəliləyib.

Moldovadan Andrey Perpelita, Yaponiyadan Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub.

Rəqibinə vaxtından əvvəl qalib gələn güləşçimiz ikinci dəfə Dünya çempionatının qızıl medalına yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk ikiqat Dünya çempionu adını qazanıb.

Sərbəst güləşçilərimizdən Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Rio Olimpiadasına vəsiqə qazanmaqla, Azərbaycan güləşçilərinin əldə etdiyi lisenziya sayını 10-a çatdırıb.

60 kq

1/8 final - İrina Netreba - Hafize Şahin (TUR) 11:6
1/4 final - Oksana Herhel (UKR) - İrina Netreba 5:4
Təsəlliverici görüş - B.Graham (CAN) - İrina Netreba 5:12
Bürünc medal görüşü - İrina Netreba - L.Jaynes (USA) 4:4*

61 kq

1/8 final - Andrey Perpelita (MDA) - Hacı Əliyev 2:11
1/4 final - Hacı Əliyev - Masakazu Kamoi (JPN) 6:2
1/2 final - Vladimir Dubov (BUL) - Hacı Əliyev 2:6
FİNAL - Hacı Əliyev - Nomin Batbold (MGL) 10:0

86 kq

1/16 final - Halil Zubairov (MKD) - Məhəmmədhacı Xatiyev 0:10
1/8 final - Məhəmmədhacı Xatiyev - Aleksandr Villiam Dolli (İRL) 10:0
1/4 final - Armands Zvirbulis (LAT) - Məhəmmədhacı Xatiyev 1:12 (Olimpiadaya lisenziya qazandı)
1/2 final - Selim Yaşar (TUR) - Məhəmmədhacı Xatiyev 5:4

Bürünc medal görüşü - Sandro Aminaşvili (GEO) - Məhəmmədhacı Xatiyev 0:1 (zədə səbəbindən güləşçimiz görüşü davam etdirə bilməyib)

97 kq

1/16 final - Xetaq Qazyumov - İvan Yankovski (BLR) 8:0
1/8 final - Nikolay Ceban (MDA) - Xetaq Qazyumov 0:5
1/4 final - Xetaq Qazyumov - Abdusalam Qadisov (RUS) 0:5
Təsəlliverici görüş - Stefan Kehrer (GER) - Xetaq Qazyumov 0:10 (Olimpiadaya lisenziya qazandı)

Bürünc medal görüşü - Xetaq Qazyumov - Elizbar Odikadze (GEO) 4:1

Xatırladaq ki, bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc medala yiyələnib. /xeberdar.net/

Hacı Əliyev ikiqat dünya çempionu oldu

  • 12-09-2015, 14:04
  • 780


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  2. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  3. Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
  4. Lənkəran şefi biznesə girişib... - İDDİA
  5. “ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edib
  6. Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO
  7. Yatmış vəziyyətdə olan arvadının başına qantellə vurub öldürən şəxs həbs edilib
  8. Beyləqanda ər arvadını boşandığı üçün öldürüb
  9. DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO
  10. “Barış Pınarı” əməliyyatı:Türkiyə ordusu 13 kəndi PYD/YPG-dən azad etdi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI