Kəbədə ölənlərin sayı 107 oldu YENİLƏNİB - 3

Kəbədə ölənlərin sayı 107 oldu  YENİLƏNİB - 3

2 türk zəvvarın öldüyü, 15-nin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir



Səudiyyə Ərəbistanı Məkkə şəhərindəki Məscidi Həramda baş vermiş kran faciəsində dünyasını dəyişənlərin sayı 107-yə çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə Məkkə Mülki Müdafiə komissiyasının sosial şəbəkədəki səhifəsində xəbər yayılıb. Xəbərdə həmçinin hadisə nəticəsində xəsarət alanların sayının 238 olduğu bildirilir.

Məkkə əmiri şahzadə Faysal Xalid də hadisə yerində olub və baş verənlər barədə məlumat alıb.

Əmirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sultan əl Dosari isə yaralılara hər cür dəstəyin verilməsi və problemin aradan qaldırılması üçün bütün qüvvələrin səfərbər olduğunu deyib.


Məkkə əmiri şahzadə Faysal Xalid hadisə barədə məlumat alır


00.10

Səudiyyə Ərəbstanının Məkkə şəhərində Kəbə yaxınlığında tikinti işlərinin getdiyi Matəf adlı sahədə qaldırıcı kranın aşması nəticəsində azı 87 nəfər həlak olub, 184 nəfər yaralanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbstanının Mülki Müdafiə Nazirliyi rəsmi bəyanat yayıb. Məlumata görə, insident cümə namazından sonra böyük məscidin üzərində olan kranın güclü küləyin təsiri altında çökməsi nəticəsində baş verib.

Fəlakət vaxtı ildırım çaxıb, güclü yağışın yağdığı deyilir. Hadisənin təfsilatları barədə hələ ki məlumat yoxdur. Ölənlər arasında xeyli sayda zəvvar var. İhlas xəbər agentliyinin məlumatına görə, qurbanlardan 2-si Türkiyə vətəndaşıdır. Bundan başqa 15 türk zəvvarın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

İldırımdan sonra başlayan leysan yağışlar eyni zamanda Məkkədə daşqına səbəb olub, şəhərdə nəqliyyatın hərəkətində pozuntular yarandığı bildirilir. Daşqınla əlaqədar yaralıların xəstəxanalara çatdırılmasında yubanmalar baş verib.

Həcc ziyarəti məqsədilə dünyanın müxtəlif ölkələrindən olan on minlərlə zəvvar artıq Məkkədədir. Sentyabrın 21-də 3 milyona yaxın müsəlmanın Müqəddəs Kəbəni təvaf edəcəyi gözlənilir.


Dəhşətli faciənin baş verdiyi an


Faciədən sonra

...22:21...

Kəbədə baş vermiş faciə nəticəsində ölənlərin sayı durmadan artır. ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı rəsmiləri bildirir ki, qaldırıcı kranın aşaraq Kəbədə tikilinin üzərinə aşması nəticəsində 65 nəfər ölüb, 154 nəfər isə yaralanıb.

Hazırda xilasedicilər və təcili tibbi yardım briqadaları hadisə yerində işləyir.


Qaldırıcı kranın aşdığı an


...21:33...

Kəbədə Ümrə ziyarəti zamanı baş vermiş faciə zamanı ölənlərin sayı dəqiqləşdirilir.

ANS PRESS-in məlumatına görə, "Əl-Cəzirə" telekanalı xəbər verir ki, 10-a yaxın zəvvar dünyasını dəyişib. Bildirilir ki, ildırım çaxmasından sonra qaldırıcı kran aşıb. Kəbənin bir hissəsi dağılıb.

Çoxlu sayda yaralıların olduğu, ölənlərdən birinin isə Türkiyə vətəndaşı olduğu bildirilir. Azərbaycan vətəndaşları arasında ölən və ya xəsarət alanın olmadığı qeyd olunur.

Bu gün axşam saatlarında müqəddəs torpaqlarda şiddətli yağışlar yağıb, fırtına olub.



...20:31...

Kəbədə Ümrə ziyarəti zamanı güclü partlayış baş verib, çoxlu sayda ölən var.

ANS PRESS-in məlumatına görə, APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi xəbərdə bildirilir ki, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər. Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib. Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib. Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib.

Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.

ANS PRESS xatırladır ki, bu gündən zəvvarların ilk qrupu Heydər Əliyev Beynəlxalaq Hava Limanından yola salınıb. Zəvvarlar 40-50 nəfərlik qruplara bölünüblər. Onlara təlimatlar keçirilib.

Sentyabrın 15-ə qədər Azərbaycandan 2400 zəvvar xüsusi təyyarələrlə müqəddəs şəhərə yola düşərək Mədinə şəhərindən ziyarətlərini başlayacaqlar. Məkkədə bütün vacib əməlləri yeriən yetirdikdən sonra sentyabrın 29-dan etibarən hacılar geri yatmağa başlayacaqlar. Geri dönüş oktyabr ayının əvvəlinə kimi davam edəcək. /xeberdar.net/

Kəbədə ölənlərin sayı 107 oldu YENİLƏNİB - 3

  • 12-09-2015, 13:21
  • 793


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  3. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  4. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  5. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  6. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
  7. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  8. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  9. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  10. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI