Ümid Partiyası NİDA-çı gəncin həbsi ilə bağlı bəyanat yaydı

Ümid Partiyası NİDA-çı gəncin həbsi ilə bağlı bəyanat yaydı

Ümid Partiyası Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmana ağır cəza verməsi ilə bağlı bəyanat yayıb. Xeberdar.net-ə daxil olan bəyanatda deyilir:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmana qarşı qaldırılan cinayət işinin məhkəmə istintaqına yekun vuraraq, ona 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsi barədə hökm çıxarıb. Bundan əvvəl də bir sıra gənc siyasi fəallar müxtəlif ittihamlarla həbs olunaraq ağır cəzaya məhkum ediliblər.

Ümid Partiyası məhkəmənin gənc fəala həddindən artıq ağır cəza qərarı çıxarmasını pisləyir. Hesab edir ki, onun və digər gənc fəalların həbsi, ağır cəzaya məhkum edilməsi aktiv fəaliyyətləri ilə bağlıdır. Hakimiyyətin demokratik qüvvələrə, gənc fəallara, rəqiblərinə qarşı repressiya siyasətinin davamıdır, Azərbaycan vətəndaşlarını siyasi fəaliyyətdən çəkindirmək, cəmiyyətdə xof yaratmaq cəhdidir.

Partiya hakimiyyəti bir daha regionda və dünyada baş verən siyasi, ölkədə baş verən iqtisadi proseslər fonunda vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə, fərqli fikrə dözümlülük nümayiş etdirməyə, siyasi rəqiblərinə qarşı repressiyalara son qoymağa, insan haqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə, barış, dialoq, qarşılıqlı etimad mühiti yaratmağa, siyasi məhbuslarla bağlı ədalətsiz məhkəmə qərarlarını ləğv etməyə, gənc fəalları və digər siyasi məhbusları azadlığa buraxmağa çağırır.

Xeberdar.net

Ümid Partiyası NİDA-çı gəncin həbsi ilə bağlı bəyanat yaydı

  • 16-01-2017, 15:30
  • 251


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI