Rayondan gələnlər üçün xüsusi avtobuslar ayrıldı

Rayondan gələnlər üçün xüsusi avtobuslar ayrıldı

Rayon qeydiyyatında olan maşınlara qoyulan məhdudiyyətə görə Nəqliyyat Nazirliyi yeni marşrut avtobusları ayırıb.

Nəqliyyatın İntellektual İdarəsi Mərkəzindən Axar.az-a verilən məlumata görə, sentyabrın 15-dən etibarən Şimal və cənub istiqamətində rayonlardan paytaxta gələn rayon avtomobilləri üçün müvəqqəti duracaq yerləri ayrılıb.

Avtomobilini duracaq yerində park edən sürücü və vətəndaşlar NN tərəfindən ayrılan xüsusi marşrut avtobusları ilə şəhər mərkəzinə gələ biləcəklər. Şimal istiqamətindəki duracaqdan – yəni Qafqaz Universitetinin yaxınlığından 20 Yanvar m/s-na kimi 203 saylı marşrut avtobusu xəttə buraxılacaq. Eyni zamanda 135 və 199 saylı marşrut avtobusları da Qafqaz universitetinin yaxınlığından keçdikləri üçün vətəndaşlar 135 saylı avtobusla Memar Əcəmi m/s-na və 199 saylı avtobusla Xətai pr-nə gedə biləcəklər.

Cənub istiqamətində yerləşən duracaq yerindən isə 206 saylı marşrut avtobusu ayrılıb. 206 saylı avtobus Salyan şossesində yerləşən duracaq yerindən Lökbatan dairəsi – Dairəvi Yol- Elmlər Aakademiyası m/s-nı keçməklə hərəkət edəcək. Bu istiqamətdə 195 və 197 saylı marşrut avtobusları da fəaliyyət göstərir ki, vətəndaşlar 20-ci sahə adlanan əraziyə kimi bu avtobuslardan istifadə edə bilərlər. Adı qeyd olunan marşrut avtobusları 14 sentyabr tarixindən vətəndaşlara xidmət göstərəcək.

Yeni inşa edilən dayanacaqlardan sərnişinləri Bakı şəhərinin daxilinə çatdırması üçün müvafiq avtobus marşrutlarının hərəkət sxemləri və qrafikləri hazırlanıb. Dayanacaqlar istifadəyə verildikdən sonra qeyd edilən avtobus marşrutları istismara veriləcək. Dayanacaqlardan sərnişinlərin daşınması üçün yeni 203 (5 avtobus) və 206 (5 avtobus) nömrəli avtobus marşrutlarının sxemi təsdiq edilib. Yeni marşrutlarda avtobusların 16-18 dəqiqə intervalla, saat 06:00-dan 22:00-dək hərəkəti nəzərdə tutulub. /Xeberdar.net/

Rayondan gələnlər üçün xüsusi avtobuslar ayrıldı

  • 14-09-2015, 15:20
  • 743


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şənbə günü üçün hava proqnozu açıqlandı
  10. Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI