Bəşər Əsədə böyük zərbə

Bəşər Əsədə böyük zərbə

Suriyanın paytaxtı Dəməşqdə mübarizə aparan müxaliflər Şərqi Ğuta bölgəsində rejimə qarşı irəliləyə biliblər.
Xeberdar.net Avropa.info-ya istinadən xəbər verir ki, rejimə aid 25 mövqeyi ələ keçirən müxaliflər Dəməşq –Homs şəhərləri arasındakı əlaqəni kəsib.

Şərqi Ğuta bölgəsinin şimalında rejimə aid 25 mövqeyi ələ keçirən keçirdiyini açıqlayan müxalif Ceyşul İslam qrupu Dəməşqlə Homs şəhərlərinin əlaqəsinin kəsildiyini açıqlayıb.

Ələ keçirilən rejim qərargahları arasında, baş qərargahın ehtiyat üçün saxlanılan binası, təhlükəsizlik şöbəsi və bölgədəki topçu batalyonunun ərazisi var.

Ceyşul İslam qruplaşması Şərqi Ğutada səfərbərlik elan edərək əli silah tutan hər bir kəsi Əsəd ordusuna qarşı mübarizə aparmağa səsləyib.

Qruplaşma keçən çərşənbə axşamı günü rejimə qarşı əməliyyat başlatmış və çoxlu sayda rejim əsgərini öldürmüşdü.

Bəşər Əsədə böyük zərbə

  • 14-09-2015, 22:03
  • 783


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  2. Xəstəxana direktoru rüşvət alarkən saxlanılıb
  3. "Veysəloğlu" şefinə AĞIR İFADƏLƏR... - "Sənin kimilərdən Hacı Zeynalabdin olmadı..."
  4. İki uşaq anası özünü binadan atdı
  5. İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...
  6. Bakıda avtomobil piyadaları vurdu - ANBAAN VİDEO
  7. Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI
  8. Bərdədə hamilə qadın doğuşda ÖLDÜ
  9. Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib
  10. Hollivud ulduzu operatoru öldürdü, rejissoru yaraladı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI