Daşkəsən sakinlərinin torpaq davası...

 Daşkəsən sakinlərinin torpaq davası...

Daşkəsən sakinləri rayonun icra başçısı Əhəd Abıyevin qanunsuz əməllərindən narazılqı edirlər.
Rayon sakini Məmmədova Nuriyyə Cəlil qızı yazır ki, mən 1996-cı ildən Daşkəsəndə kənd və fermer təsərrüfatı ilə məşğul oluram: “ Təəssüf ki, təsərrüfatıma ayrılmış 130 hektara yaxın torpaq sahəsindən istifadə edə bilmirəm. Çünki torpağım icra başçısı Əhəd Abıyevin rəhbərliyi altında başqa şəxslərə satılır. Bu işi ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon Şöbəsinin müdiri Şahbaz Mehdiyev həyata keçirməkdə davam edir. Komitə ləğv olunandan sonra icra başçısı onu bu “xidmətlərinə” görə işsiz qoymayıb, yeni vəzifəyə təyin edib. Şikayətçi ona məxsus torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpa olunmasını tələb edir” (tia.az).
Məsələ ilə bağlı rayonun icra başçısı Əhəd Abıyevin fikirlərini öyrəndik. O, qafqaznews.org-a bildirdi ki, Nuriyyə Məmmədova heç baxt fermer işi işlə məşğul olmayıb: “ Nuriyyə Məmmədova dəfələrlə dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilib. O, müxtəlif qurumlara yazır ki, aqrar islahatlar düzgün keçirilməyib. Məmmədova zəbt elədiyi torpaqları son 20 ildə başqa rayon sakinlərinə otlaq yeri kimi verib”.
Abıyev onu da bildirdi ki, 1951-ci ildə SSRİ Nazirlər Soveti kolxoz və sovxozların inkişafı ilə bağlı qərar qəbil edib: “ Bu qərara görə Daşkəsəndəki otlaq sahələri qonşu rayonlara örüş yeri kimi verilib. Sonradan bundan istifadə edən bəzi sahibkarlar torpağı zəbt ediblər. Guya bu torpaqlar Nuriyyə Məmmədovanın şəxsi mülküdür. Biz bu torpaqların geri qaytarılması üçün NK qarşısında məsələ qaldırdıq. NK –nın qərarı ilə həmin torpaqlar Daşkəsən rayonuna qaytarıldı”.
Biz məsələ ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon Şöbəsinin müdiri Şahbaz Mehdiyevin də fikirlərini öyrəndik: “ Nuriyyə Məmmədova 10 il fermer fəaliiyyəti ilə məşğul idi. Hazırda o fermer deyil”.
Nuriyyə Məmmədova isə qafqaznews.org-a bildirdi ki, Əhəd Abıyevin dedikləri həqiqətə uyğun deyil: “ Mən 1996-cı ildən fermerəm. Vaxtında dövlətə vergi dəyirəm, statistik hesabatları verirəm”.
Məmmədovanın sözlərinə görə, Əhəd Abıyev və Şahbaz Mehdiyev ona məxsus torpaqları otlaq kimi başqalarına icarəyə verirlər.
Məmmədovanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı icra başçısının dediklərinin əks olaraq Daşkəsən RPŞ-nin növbətçisinin köməkçisi Həsənov qafqaznews.org-a bildirdi ki, 2-3 ay əvvəl Məmmədovanı inzibati qaydada məhkəməyə verdilər: “ Məhkəmənin qərarı ilə o cərimə olundu. Ancaq cinayət məsuliyyətinə cəlb olunmadı”.
Daşkəsən rayon statistika şöbəsinin müdiri Babək Məmmədova müraciət etdik. O bildirdi ki, Nuriyyə Məmmədova fermer fəaliyyəti ilə məşğul olmaqda davam edir.

Xeberdar.net

Daşkəsən sakinlərinin torpaq davası...

  • 14-09-2015, 22:26
  • 854


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Tanınmış polis rəisinin gənc oğlu vəfat etdi
  4. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  5. Yeni başçı Vilyam Hacıyevin rəqsə meyilli kadrı ilə işləyə biləcəkmi? - VİDEO
  6. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  7. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  8. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  9. Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi–”Qozbeli qəbir düzəldər”–Araşdırma
  10. Sabah güclü külək əsəcək
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI