Azərbaycanda gənc qadını ilan sancdı

Azərbaycanda gənc qadını ilan sancdı


Hadisə qadının mal-qaranı örüşə apardığı vaxt baş verib.



Tovuzda ilansancma hadisəsi baş verib.

Tovuz Mərkəzi rayon Xəstəxanasından ANS PRESS-ə bildiriblər ki, rayonun Şamlıq kənd sakini 1987-ci il təvəllüdlü Ülviyyə Həsənova mal-qaranı otlaq sahəsinə ötürərkən heyvanları qovmaq üçün əlinə ağac götürmək istəyib. Elə bu zaman onu kürək nahiyəsindən ilan vurub.

Yaralı qadını ətrafdakıların köməyi ilə dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına aparıblar. Ona ilan zəhəri əlehinə zərdab vurulub.

Hazırda vəziyyəti normaldır.

İki gün əvvəl də oxşar hadisə Samux rayonunda baş vermişdi. Rayonun Əlibayramlı kənd sakini, 1974-cü il təvəllüdlü Lətifcan Məhiəddin oğlu Süleymanov yaşadığı evin həyətyanı sahəsində gəzərkən ilan onu ayağının sağ baldır nahiyəsindən sancmışdı.

Samux rayon Mərkəzi Xəstəxanasına ordan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən 41 yaşlı kişiyə zəhərə qarşı zərdab vurulduqdan sonra vəziyyəti normallaşmışdı. /Xeberdar.net/

Azərbaycanda gənc qadını ilan sancdı

  • 14-09-2015, 22:40
  • 663


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI