Bir ayda 124 saxta şirkət

Bir ayda 124 saxta şirkət


Azərbaycan Respublikası Vergilər Nazirliyi fevralda kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçən şirkətlər barədə məlumatı açıqlayıb.


"Turan" İA-nın analizi göstərir ki, yeni şirkətlərin 25%-i saxtadır və dövlət büdcəsi vəsaitlərini mənimsəmək və gömrük əməliyyatlarında iştirak üçün yaradılıb. Fevralda kommersiya hüquqi şəxslərin dövlət reyestrinə 494 təşkilat daxil edilib. Agentlik öz təcrübəsindən istifadə edərək müəyyən edib ki, şirkətlərin 124-ü çirkli əməliyyatlar üçün yaradılıb. Maraqlıdır ki, bu şirkətlər elektron xidmət vasitəsilə "çap edilir": naməlum təsisçilər qeydiyyat üçün müasir İKT-dən istifadə edir. Bir qayda olaraq, bu şirkətlərin 2-10 manat ilkin kapitalı, sənəd qovluğu və möhürü olur. Bir müddət sonra onlar dövlət satınalmalarına cəlb edilir, yüzlərlə tender və kotirovkanın qalibi olur. Özəl şirkətlərin və fiziki şəxslərin ayrı-ayrı mal idxalı da belə şirkətlərin adına sənədləşdirilir ki, ƏDV mənimsənilsin. Analiz göstərir ki, saxta şirkətlərin qanuni təmsilçiləri bir qrup adamdır. Bu şirkətlərin hüquqi ünvanı Bakı və rayonlarda müəyyən yerlərlə məhdudlaşır. Agentlik onu da vurğulayır ki, saxta şirkətlərin yaradılması davam edir.

Bir ayda 124 saxta şirkət

  • 24-05-2015, 22:10
  • 821


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI