Moqerini ABŞ-ın yeni dövlət katibi ilə görüşüb

Moqerini ABŞ-ın yeni dövlət katibi ilə görüşübABŞ-ın yeni dövlət katibi Reks Tillerson Avropa diplomatiyasının rəhbəri Federiko Moqerini ilə ilk görüşünü keçirib.
Bu barədə ABŞ-ın Dövlət Departamentinin məlumatında bildirilir.
Protokol çəkilişləri zamanı Moqerini “ABŞ və Avropa İttifaqı münasibətlərində nəsə dəyişəcəkmi?” sualına “Biz birlikdə əla işləməyi davam etdirəcəyik”, – deyə cavab verib.
Görüş bağlı qapılar arxasında keçirilib. Ardınca Moqerini öz “Twitter” səhifəsində görüş haqqında bunları yazıb:
“Görüş yaxşı keçdi. Biz Suriya, Ukrayna və bir çox digər məsələlər üzrə ABŞ-Aİ əməkdaşlığını davam etdirəcəyik”.

Xeberdar.net

Moqerini ABŞ-ın yeni dövlət katibi ilə görüşüb

  • 10-02-2017, 09:52
  • 364


Oxşar mövzular
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI