Ümid Partiyasının sədri İqbal Ağazadə professor Rafiq Əliyevi təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə professor Rafiq Əliyevi təbrik etdi
AMEA-nın müxbir üzvü, Qeyri-səlis riyazi məntiq nəzəriyyəsinin davamçısı, SSRİ Dövlət Mükafatı laureatı, “Zadə irsi və Süni intellekt” Assosiasiyasının prezidenti, MBA, BBA proqramının (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə ABŞ-ın Corciya Dövlət Universitetinin birgə proqramı) direktoru professor Rafiq Əliyevin bu gün 75 yaşı tamam olur.
Ümid Partiyasının sədri İqbal Ağazadə Rafiq Əliyevi təbrik edib. Təbrikdə deyilir:


"Hörmətli Rafiq müəllim!

Sizi 75 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edir, uzun ömür , can sağlığı, şəxsi işlərinizdə və elmi fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Siz Azərbaycanın çox dəyərli elm adamı olmaqla bərabər, sadə və səmimi insanlarından birisiniz. Respublikamızda və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolunuz olub. İnformatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaratmısınız, Azərbaycanda, Rusiyada, Almaniyada, Türkiyədə, Kiprdə və İranda 150-dən çox elmlər namizədi, 30 elmlər doktoru hazırlamısınız. yetişdirdiyiniz elmlər doktorları sırasında bu gün dünyanın müxtəlif ölkələrində uğurla çalışan insanlar var.
Beynəlxalq aləmdə tanınmış alim kimi informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş, müxtəlif dillərdə yazılmış 70-dən artıq kitabın, 350-dən çox elmi məqalənin müəllifisiniz.
Qeyri-səlis mühitdə işləyən intellektual sənaye robotlarının yaradılması ilə əlaqadar yeni elmi istiqamət yaratmısınız. Həmçinin qeyri-səlis paylanmış intellektual sistemlərin yaradılması konsepsiyası və metodologiyası, mövcud paylanmış çoxagentli sistemlər nəzəriyyəsinə alternativ olan yeni yanaşma təklif edibsiniz.
Elmi fəaliyyətdə qazandığınız nəticələrə görə Elm və Texnika üzrə SSRİ Dövlət mükafatı, ABŞ-ın Fulbrayt mükafatına layiq görülmüsünüz. ABŞ-ın Elmdə Ömürlük Nailiyyət Mükafatı laureatısınız.
Siz həm də tanınmış ictimayyət nümayəndəsi kimi hər zaman xalqın yanında olmusunuz, onun haqq səsinə səsə vermisiniz, haqsızlığa qarşı çıxmısınız. Uğurlarınınızın fövqündə insan azadlığına verdiyiniz dəyər, azad düşüncə sahibi olmağınız dayanır.
Hörmətli Rafiq müəllim!
Bir daha sizi təbrik edir, uzun ömür , can sağlığı, şəxsi işlərinizdə və elmi fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram,

Təbrik edirəm!


İqbal Ağazadə
Ümid Partiyasının sədri
"

Ümid Partiyasının sədri İqbal Ağazadə professor Rafiq Əliyevi təbrik etdi

  • 10-02-2017, 17:28
  • 2 761


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI