XİN: Azərbaycanla İspaniya bir-birlərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

 XİN: Azərbaycanla İspaniya bir-birlərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyirAzərbaycan və İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur.

Musavat.com-un xəbərinə görə, bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ötən 25 il müddəti ərzində Azərbaycan və İspaniya arasında dialoq və qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri qurulub. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, mədəni, turizm, humanitar, idman və digər sahələri əhatə edir.

"Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birlərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.

Yüksək səviyyədə həyata keçirilən siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrimizin daha da inkişafına təkan verir. Hər iki ölkə birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin ölkələrimizin malik olduğu mövcud potensiala uyğun olaraq inkişaf etdirilməsi üçün əzmkarlıq nümayiş etdirir.

İnsanlararası təmasların artması, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində atılan addımlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni əlverişli perspektivlər açır. Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qrupları ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynayırlar", - XİN-in açıqlamasında bildirilib.

Əlavə olunub ki, İspaniya Türkiyə ilə birlikdə BMT-nin Sivilizasiyalar Alyansının təşəbbüskarıdır. Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq edir, beynəlxalq səviyyədə sivilizasiyalar və dinlərarası dialoqun və muktikulturalizmin təşviqinə öz əsaslı töhfələrini verir:

"Azərbaycan və İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Ispaniya hökumətinə və xalqına ən səmimi təbriklərimizi ifadə edir və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyimizi ifadə edirik".

Xeberdar.net

XİN: Azərbaycanla İspaniya bir-birlərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

  • 11-02-2017, 12:13
  • 411


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI