Nərimanovda 219 bina söküləcək

Nərimanovda 219 bina söküləcək
Nərimanovda 219 bina söküləcək

Nərimanov rayonunda qəzalı vəziyyətdə olan 219 yaşayış binası sökülərək, yenidən qurulacaq.

Rayon icra hakimiyyətindən Axar.az-a bildirilib ki, rayon üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması planlaşdırılıb və artıq qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alınaraq, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşası işləri davam etdirilir.

Eyni zamanda, rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq, hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilib.

Sərəncama əsasən, bir sıra ünvanlarda sakinlərlə bağlanmış müqavilələr əsasında onların köçürülməsi və ərazinin boşaldılması işləri artıq başa çatdırılıb və tikinti işlərinə başlanılıb. Digər ünvanlarda isə müqavilələrin bağlanılması və sakinlərin köçürülməsi işləri davam etdirilib.

Nəticədə, orada yaşayan sakinlər əvvəlki mənzillərinin sahəsindən 20-30 faiz artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacaq, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqı ödəniləcək.

Nərimanovda 219 bina söküləcək

  • 13-02-2017, 19:28
  • 737


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Nazir müavini vəzifəsindən azad edildi
  3. AZƏRBAYCAN və TÜRKİYƏ PREZİDENTLƏRİ ŞUŞADA - CANLI YAYIM (Yenilənir)
  4. "Putin və Bayden Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq" - Kreml
  5. Neftçalada bələdiyyə sədri şəhid ailəsinin torpağını əlindən alır
  6. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
  7. Hərbi əməkdaşlığımız təhlükəsizliyimizə təminatdir
  8. Təhsil Tələbə Krediti Fondu yaradılır - FƏRMAN
  9. Xalq Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi
  10. Azərbaycan və Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI