Bakıda ucuz avtomobillər satışa çıxarılacaq

Bakıda ucuz avtomobillər satışa çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın 6-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Xeberdar.net bizimyol.info-ya istinadən xəbər verir ki, oktyabrın 6-da keçiriləcək hərraca ümumilikdə 7 avtomobil çıxarılacaq. Həmin avtomobillərin arasında 2005-ci il istehsalı olan Volkswagen Passat, 2007-ci il istehsalı olan 3 ədəd Nissan Maxima, 2006-ci il istehsalı olan KİA Magentis-Optima, 2006-ci il istehsalı olan Chevrolet Lacetti və 2003-cü il istehsalı olan KAMAZ-65115 var.

Onu da əlavə edək ki, Volkswagen Passat 7 565 manatdan, Nissan Maxima 7 449, KİA Magentis-Optima 7 168, Chevrolet Lacetti 3 415, KAMAZ-65115 4 570 manatdan başlayan qiymətlərlə hərraca çıxarılacaq.

Qeyd edək ki, Bakının avtomobil bazarında 2005-ci il istehsalı olan Volkswagen Passat-ın qiyməti 7 600 dollar və ya 7960 manat, 2007-ci il istehsalı olan Nissan Maximanın qiyməti 9 500 dollar və ya 9 950 manat, Chevrolet Lacetti-nin qiyməti isə 6 000 dollar və ya 6 284 manatdır.

Bakıda ucuz avtomobillər satışa çıxarılacaq

  • 19-09-2015, 15:30
  • 957


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  2. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  3. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  4. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  5. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Azərbaycanda oğul atanı bıçaqladı
  9. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  10. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI