Abid Şərifovun şirkətinin onlarla işçisi Qazaxıstanda saxlandı

Abid Şərifovun şirkətinin onlarla işçisi Qazaxıstanda saxlandı

Qazaxıstanın Almatı vilayətinin Panfilov Rayon Prokurorluğu “Qərbi Avropa-Qərbi Çin” layihəsinin reallaşdırılması üçün xaricdən işçi qüvvəsi cəlb etmiş yerli müəssisələrdə miqrasiya qanunvericiliyinin tələblərinə nə dərəcədə riayət olunmasını aydınlaşdırmaq məqsədilə yoxlamalar keçirib.

Xeberdar.net bildirir ki, bu barədə Panfilov rayonunun prokuroru Aydın Torebekov məlumat verib.

“EVRASCON tikinti şirkətində aparılmış yoxlamalar zamanı sənədləri yoxlanarkən orada qanun pozuntuları olan 56 Azərbaycan vətəndaşı da müəyyən edilib. Məlum olub ki, həmin şəxslər Qazaxıstan Respublikasında hər hansı müvafiq icazə almadan əmək fəaliyyəti ilə məşğul olurlar. Halbuki belə bir icazənin alınması məcburidir” - deyə prokuror bildirib.

Xatırladaq ki, virtualaz.org saytı bu günlərdə Qazaxıstan Dövlət Miqrasiya Xidmətinin bu ölkədə yol tikintisi işlərində çalışan 200-dək Azərbaycan vətəndaşını saxlaması haqda məlumat yaymışdı.

Yeri gəlmişkən, qazax mətbuatı EVRASCON şirkətinin Almatı-Çunca-Koktal-Xorqos yolunun tikintisi zamanı 15 milyon manat məbləğində ziyana düşdüyünü də yazıb. Yerli jurnalistlər bunun şirkətdəki mənimsəmə və israfçılıqla bağlı ola biləcəyini ehtimal edirlər.

EVRASCON şirkətinin faktiki sahibi olan Azərbaycanın baş nazirinin müavini Abid Şərifov isə mətbuata açıqlamasında bu informasiyanı təkzib etmişdi.

Abid Şərifov EVRASCON şirkətinin ona məxsus olması barədə deyilənləri də təkzib etmişdi. Bununla belə o, həmin şirkətin qardaşına məxsus olduğunu etiraf etmişdi.

Abid Şərifovun şirkətinin onlarla işçisi Qazaxıstanda saxlandı

  • 20-09-2015, 12:21
  • 698


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI