Levon Ter-Petrosyan seçki nəticələrinin ləğvini tələb edir- bəyanat

Levon Ter-Petrosyan seçki nəticələrinin ləğvini tələb edir- bəyanatErmənistanın Keçmiş prezidenti Levon Ter-Petrosyanın liderliyi ilə yaradılmış “Konqres-EXR” seçki bloku aprelin 2-də keçirilmiş parlament seçkilərinin legitimliyini tanımadığı üçün apellyasiya şikayəti hazırlayaraq təqdim edib.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir.

Blokun yekun toplantısında razılaşdırılnmış bəyanatda deyilir ki, l 2017-ci ilin aprelin 2-də Milli Məclisə keçirilmiş seçkilər hakimiyyət orqanlarının koordinasiyalı və kütləvi qanunsuzluqları şəraitində keçib. Bəyanatda deyilir ki, seçki gününün müəyyənləşdirilməsi ilə bağlı Konstitusiyanın müddəaları pozulub, seçki zamanı isə seçicilərin kütləvi şəkildə pulla alınması halları baş verib, səsvermənin məxfiliyi pozulub.

Blok bəyan edib ki, seçki günü saat 07.00-dan 13.00-dək, səsvermə zamanı ictimai nəzarətin qarşısını almaq məqsədilə seçki məntəqələri ilə canlı bağlantı kəsilib. “Bundan əlavə, təkrar səsvermə ilə bağlı çoxsaylı hallar mövcuddur. Eyni zamanda jurnalistlərə, müşahidəçilərə və etibarlı şəxslərə qarşı zorakılıq halları baş verib”.

“Konqress-EXP” habelə, bəyan edib ki, seçkilərdə müşahidə missiyasını həyata keçirən “Vətəndaş müşahidəsi” ictimai təşkilatının nümayəndəsi Tiqran Yeqoryanın 2 aprel seçkiləri ilə bağlı MSK-ya və Ermənistanın Konstitusiya Məhkəməsinə şikayət etməsinə razılıq verib.

Şikayət ərizəsində 2 aprel 2017-ci il seçkilərinin nəticələrinin etibarsız sayılması və nəticələrin ləğvi istənilir.

Qeyd edək ki, Ermənistan MSK seçkilərlə bağlı yekun qərarını sabah, 9 apreldə verməlidir. Nəticələr təsdiqlənsə, parlament aprelin 27-də toplanacaq.

Nəticələrə görə, hakim Ermənistan Respublika Partiyası 49,12 % səslə parlamentə düşən 4 siyasi təşkilatdan birincisidir. Levon Ter-Petrosyanın blokuna isə 1,65% səs verilib.

Xeberdar.net

Levon Ter-Petrosyan seçki nəticələrinin ləğvini tələb edir- bəyanat

  • 8-04-2017, 10:53
  • 427


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI