Yararlılıq müddəti bitmiş kolbasa satan şəxslər tutuldu - Fotolar


Yararlılıq müddəti bitmiş kolbasa satan şəxslər tutuldu - FotolarBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Nicat Babaşi və Vüqar Səlimov yararlılıq müddəti bitmiş kolbasa və sosiska məhsullarını satarkən saxlanılıblar.

Binəqədi rayonu ərazisində həmin şəxslərə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa sosiska aşkar olunaraq götürülüb.

Aşkar edilən ərzaq məhsulları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspertiza tərəfindən müəyyən edilib ki, satılan kolbasa və sosiska məmulatları istifadəyə tam yararsızdır, eləcə də insan sağlamlığına təhlükə yarada bilər.

Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır.
Yararlılıq müddəti bitmiş kolbasa satan şəxslər tutuldu - Fotolar
Yararlılıq müddəti bitmiş kolbasa satan şəxslər tutuldu - Fotolar

Xeberdar.net

Yararlılıq müddəti bitmiş kolbasa satan şəxslər tutuldu - Fotolar

  • 11-04-2017, 14:53
  • 449


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI