Rusiya universitetləri Türkiyə ilə əlaqələri kəsir

Rusiya universitetləri Türkiyə ilə əlaqələri kəsir Rusiyada 44 universitet və ali təhsil müəssisəsi Türkiyə ilə akademik münasibətləri dayandırır.

Xeberdar.net-in məlumatına görə, bu barədə Rusiyanın Təhsil nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyədəki təhsil qurumları ilə əməkdaşlığı olan 44 rus ali təhsil müəssisəsinin böyük bir qismi Türkiyədəki tərəfdaşları ilə əməkdaşlıq razılaşmalarını bir tərəfli qaydada ləğv edib.
Akademik mübadilə proqramları çərçivəsində Türkiyədə təhsil alan rusiyalı tələbələr də geri çağırılır.
Belə tələbələrin sayının 100-dən az olduğu təxmin edilir.

Məlumatda Rusiyada təhsil alan 1000-dən çox türk tələbəsinə isə bu qərarın təsir etməyəcəyi bildirilir.
“Bütün universitetlərə türk tələbələrin provokasiyalardan qorunması üçün təlimat verdik,” Rusiya təhsil naziri Dmitri Livanov deyib.
Rusiya ilə Türkiyə arasında münasibətlər 24 noyabr tarixində rus təyyarəsinin vurulmasından sonra korlanıb.

Rusiya universitetləri Türkiyə ilə əlaqələri kəsir

  • 2-12-2015, 08:43
  • 892


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  2. Sabahın hava proqnozu açıqlanıb
  3. Xəstəxana direktoru rüşvət alarkən saxlanılıb
  4. "Veysəloğlu" şefinə AĞIR İFADƏLƏR... - "Sənin kimilərdən Hacı Zeynalabdin olmadı..."
  5. İki uşaq anası özünü binadan atdı
  6. İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...
  7. Bakıda avtomobil piyadaları vurdu - ANBAAN VİDEO
  8. Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI
  9. Bərdədə hamilə qadın doğuşda ÖLDÜ
  10. Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI