Komitənin iclası keçirildi

Komitənin iclası keçirildi Dekabrın 2-də V çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirildi. İclası açan komitənin sədri Ziyad Səmədzadə V çağırış Milli Məclisin deputatı seçilmələri münasibətilə komitə üzvlərini təbrik etdi, onlara qarşıdakı 5 ildə müvəffəqiyyətlər arzuladı. Komitə sədri bildirdi ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. Bunlardan üçü beynəlxalq Sazişlərdir. Belə ki, Azərbaycan Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqələri haqqında, o cümlədən bu ölkə ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, həmçinin San Marino Hökuməti ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Sazişlər ölkəmizin beynəlxalq münasibətlərinin inkişafına xidmət edir. Gündəlikdəki digər məsələlər isə Ticarət Gəmiçiliyi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Təbii inhisarlar haqqında” və “Gömrük tarifi haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir. Məlumat verildi ki, bu dörd qanuna təklif olunan dəyişikliklər “Dəniz limanları haqqında” Qanunun tətbiqini və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Deputatların fikirləri dinlənildikdən sonra gündəlikdəki 7 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu. Bununla da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası başa çatıb.

Nemət

Xeberdar.net

Komitənin iclası keçirildi

  • 2-12-2015, 17:08
  • 1 061


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI