Mir Şahin MTRŞ-i uddu - Məhkəmə

Mir Şahin MTRŞ-i uddu - Məhkəmə Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apelyasiya şikayətləri üzrə səkkiz məhkəmə işi başa çatıb.

Report-un məlumatına görə, Bakı Apelyasiya Məhkəməsi şirkətin şikayətlərini təmin edib və birinci instansiya məhkəməsinin qərarları ləğv olunub. İşlər baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mir Şahin Ağayev MTRŞ-nın 5 oktyabr 2015-ci il tarixli - 09/3 saylı, 09/4 saylı, 09/5 saylı,09/6 saylı, 09/7 saylı, 09/10 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı qərarından şikayət edib və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılması barədə Səbail Rayon Məhkəməsində tələb irəli sürüb. Məhkəmə həmin iddiaları rədd edib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti verib.

Xatırladaq ki, bu həftə Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 8 şikayətinə baxılıb. Həftənin sonunadək şirkətin daha 5 şikayətinə baxılacağı gözlənilir. Şuranın 9 dəfə məhkəməyə verilməsi ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru M.Ağayev tərəfindən olub. Digər 4 halda isə televiziya kanalının müdafiəçiləri tərəfindən məhkəməyə müraciət edilib.

Xeberdar.net

Mir Şahin MTRŞ-i uddu - Məhkəmə

  • 3-12-2015, 11:01
  • 1 146


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  3. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  4. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  7. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  8. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  9. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  10. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI