“Türkiyə Naxçıvanda hərbi baza yaratmalıdır” - Hərbi ekspert

“Türkiyə Naxçıvanda hərbi baza yaratmalıdır” - Hərbi ekspert
"Naxçıvanda Türkiyənin hərbi bazası çoxdan olmalı idi. Mən bunun əsas tərəfdarlarından biriyəm”.

Bu sözləri BakiPost.az-a hərbi ekspert Üzeyir Cəfərov politoloqların Türkiyənin Naxçıvanda hərbi baza yaratması təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Naxçıvanın təhlükəsizliyini tam şəkildə təmin etmək üçün bazanın yaradılmasına ehtiyac var: "Əvvəla düşünmürəm ki, Ermənistan Naxçıvana qarşı hər hansı bir hərəkət eləsin. Çünki Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyi bilavasitə qardaş Türkiyənin üzərindədir. Amma buna baxmayaraq hesab edirəm ki, əgər Rusiyanın Ermənistanda Gümrüdə 102-ci hərbi bazası varsa, niyə bizim Naxçıvanda hərbi bazamız olmasın?

Başa düşürəm ki, milli təhlükəsizlik konsepsiyamızda başqa dövlətin Azərbaycan ərazisində hərbi bazasının olması məsələsi bir qədər əngəllənib. Amma Milli Məclis hər an toplanıb bu məsələyə baxa bilər. Hesab edirəm ki, bu onsuz da reallaşacaq. Amma bunun gec və tez olması məsələsi var. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Onsuz da dünyada kifayət qədər ciddi proseslər gedir. Bu proseslərin fonunda mütləq Azərbaycanın müdafiəsini və təhlükəsizliyini düşünməliyik. Həqiqətən də Naxçıvanın təhlükəsizliyini tam şəkildə təmin etməliyik”.


Ü. Cəfərov bildirib ki, Naxçıvanda olmasa da, ən azından Azərbaycanın hansısa ərazisində Türkiyənin hərbi bazası ola bilər: "Bir millət, iki dövlət deyirik. Nədən bir millət və iki dövlətin bir-birinin ərazisində hərbi bazası olmasın? Düzdür, Türkiyədə hərbi baza açmaq doğru olmazdı. Amma NATO üzvü olan Türkiyənin Azərbaycan ərazisində hərbi bazası olmalıdır. Olacaq da. Sadəcə olaraq buna bir qədər zaman lazımdır. Həmçinin bu prosesi də sürətləndirmək lazımdır”.

xeberdar.net

“Türkiyə Naxçıvanda hərbi baza yaratmalıdır” - Hərbi ekspert

  • 26-04-2017, 12:58
  • 485


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI