14 yaşlı məktəbliyə ögey atası, ögey qardaşı və dayısı oğlu təcavüz etdi - FOTOLAR


14 yaşlı məktəbliyə ögey atası, ögey qardaşı və dayısı oğlu təcavüz etdi  - FOTOLARModerator.az Türk mediasına istinadən xəbər verir ki, Eskişehirdə orta məktəb şagirdi 14 yaşlı S.Y. adlı qız ögey atası, ögey qardaşı və doğma dayısı oğlu tərəfindən təcavüzə məruz qalıb.
Qızın baş verənləri müəlliminə söyləməsindən sonra polisə məlumat verilib.

Məktəbli qız yaşadığı dəhşətdən sonra başına gələnləri müəlliməsinə danışıb. Anası Aynur Y.nin ilk evliliyini Bursanın İznik rayonunda yaşayan Məsud G. ilə etdiyini, daha sonra boşanıb atası ilə evləndiyini söyləyib. Atasının psixoloji problemləri olduğunu ifadə edən S.Y. anasının yaz tətillərində və bayram tətillərində onu boşandığı birinci ərinin evinə göndərdiyini deyib: "Anam məni 6 yaşımdan etibarən İznikdə oturan ilk həyat yoldaşı Məsud G.nin evinə göndərirdi. Məsud 6 yaşımdan bu yana hər İznikə getdiyimdə məni öpüb təcavüz edirdi. Ancaq bunu ailəmə demədim. Daha sonra oğlu Əmrə G. də mənə təcavüz etdi. Əmrə bir il əvvəl təcavüz etdi. Bunu öyrənən atası da mənimlə cinsi əlaqəyə girdi. Qarşı çıxanda isə məni təhdid edirdilər. Mən də qorxub iyrənc münasibəti qəbul edirdim. Bundan başqa Eskişehirdə yaşayan doğma dayımın oğlu Metehan Y. da mənə təcavüz etdi".
14 yaşlı məktəbliyə ögey atası, ögey qardaşı və dayısı oğlu təcavüz etdi  - FOTOLAR
Məktəb rəhbərliyinin iddiası ilə cinayət işi açılıb. Açılan istintaq çərçivəsində Bursanın İznik rayonunda nəzarətə alınan ögey ata 42 yaşlı Məsud G. həbs olunub, ögey qardaşı 22 yaşlı Əmrə G. və 20 yaşlı dayıoğlu Metehan Y.nın isə mühakimə olunuraq məhkəməyə çıxarılacağı qeyd olunub.
14 yaşlı məktəbliyə ögey atası, ögey qardaşı və dayısı oğlu təcavüz etdi  - FOTOLAR
Prokurorluğun göstərişi ilə S.Y. Eskişehirdə Ailə və Sosial Xidmətlər Rayon İdarəsinə bağlı yurda yerləşdirilib.

Xeberdar.net

14 yaşlı məktəbliyə ögey atası, ögey qardaşı və dayısı oğlu təcavüz etdi - FOTOLAR

  • 28-04-2017, 16:17
  • 501


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YASAMALI QARIŞ-QARIŞ SATAN ELŞAD HƏSƏNOVUN KORRUPSİYA ƏMƏLLƏRİ- VİDEO ARAŞDIRMA
  2. Ağdaşda 430 çətənə kolu məhv edilib - FOTO
  3. Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...
  4. Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadı
  5. Müəllimlərin maaşı yeni qaydada hesablanacaq
  6. Bakıya qarşı hiyləgər plan - “sülh istəyən” Paşinyan öldürülə bilər
  7. İrandan gətirilən kartov Azərbaycana buraxılmadı - SƏBƏB
  8. Prokuror AXCP sədrinin mühafizəçisinə 15 il cəza istədi
  9. Ərdoğan BMT-də həm də bu dövlətlər üçün ədalət tələb etdi - ŞƏRH
  10. Azərbaycanda 33 yaşlı kişi minaya düşdü - YENİLƏNİB
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI