London metrosunda terror – Ölən və yaralananlar var (VİDEO)

London metrosunda terror – Ölən və yaralananlar var (VİDEO)
Britaniyanın paytaxtı Londonda teror hadisəsi baş verib.

Xeberdar.net xarici mətbuata istinadən xəbər verir ki, Londonun «Leytonstone» metrostansiyasında terrorçu «Suriya üçün!» qışqıraraq əlindəki bıçaqla ətrafdakı insanlara hücum edib. Hadisə zamanı 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.

London polisinin Terrorla Mübarizə şöbəsinin rəisi Riçard Valton əhalini diqqətli və ehtiyatlı olmağa çağırıb. Britaniyada terror təhdidinin yüksək olduğunu deyən Valton əhaliyə insanların sıx olduğu məkanlara getməməyi tövsiyə edib.

Şahidlərdən biri hücumçunun əlində 8 sm. uzunluğunda bıçaq gördüyünü deyib.

Parisdəki qanlı olaydan sonra Britaniyada terror təhlükəsinin artdığı ölkə rəhbərliyi səviyyəsində də etiraf olunmuşdu.

Britaniya parlamenti İŞİD-ə qarşı hava zərbələrinə başlanılmasını təsdiqləyən qanun layihəsini qəbul edəndən sonra terror riski bir az da artıb.

Xeberdar.net

London metrosunda terror – Ölən və yaralananlar var (VİDEO)

  • 6-12-2015, 12:57
  • 838


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI