Hillari Klinton yeni siyasi təşkilat yaradıb

Hillari Klinton yeni siyasi təşkilat yaradıb
Demokrat Partiyasının prezidentliyə sabiq namizədi, ABŞ-ın dövlət katibi Hillari Klinton yeni siyasi təşkilat yaradıb.

APA-nın məlumatına görə, bu barədə H.Klinton özünün “Tvitter”ində yazıb.

Yeni təşkilata “Onward Together” adı verilib. “Biz bu təşkilatı ona görə yaradırıq ki, insanlar ruhlansınlar, siyasi proseslərdə iştirak etsinlər, fəaliyyətlərini əlaqələndirsinlər və hətta seçkilərdə namizədliklərini irəli sürsünlər”, Klinton qeyd edib.

“Onward Together”in məqsədi 66 milyona yaxın seçicinin dəstək verdiyi ideyaları davam etdirməkdir", təşkilatın rəsmi saytında vurğulanıb. “Fox News” telekanalının rəyinə görə, yeni təşkilatın yaradılması Klintonun rəsmi olaraq siyasətə qayıdışı deməkdir.

Qeyd edək ki, ötən ilin noyabrında ABŞ-da keçirilmiş prezident seçkilərində məğlub olan Hilları Klinton bütün ştatlar üzrə seçici səslərinin say nisbətinə görə Donald Trampdan 3 milyon çox səs toplayıb. Hilları Klinton 65 844 610 , Donald Tramp isə 62 979 636 səs toplayıb.

Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 304, Hillari Klinton isə 227 səsini toplayıb.

Xeberdar.net

Hillari Klinton yeni siyasi təşkilat yaradıb

  • 16-05-2017, 07:28
  • 440


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI