Azərbaycan İranın ən yaxşı qonşusudur - Ruhani

Azərbaycan İranın ən yaxşı qonşusudur - Ruhani
İranla Azərbaycan arasında yaxşı əlaqələr və yaxşı koordinasiya olunmuş qarşılıqlı münasibətlər mövcuddur.

Xeberdar.net Trend-ə istinadən məlumatına görə, bunu İranda prezident seçkilərində növbəti dəfə qələbə qazanan Həsən Ruhani Tehranda keçirilən ilk mətbuat konfransında deyib.

İran prezidenti qeyd edib: "Azərbaycan İranın ən yaxşı qonşusudur. İki ölkə arasında münasibətlər İranın 11-ci hökuməti dövründə və Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə yaxşı inkişaf edib".

H.Ruhani əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq və əlaqələr bundan sonra da davam edəcək və İranla Azərbaycan arasında münasibətlər strateji xaraketrlidir.

İranın yeni seçilmiş prezidenti bildirib: "İki ölkə arasındakı münasibətlər artıq ikitərəfli formatı keçmiş, Azərbaycanın iştirakı ilə digər ölkələrlə, o cümlədən 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşlər keçirilmişdi".

H.Ruhanı vurğulayıb ki, bu əməkdaşlıq davam edəcək və növbəti üçtərəfli görüş böyük ehtimalla tezliklə Tehranda keçiriləcək",

Xeberdar.net

Azərbaycan İranın ən yaxşı qonşusudur - Ruhani

  • 22-05-2017, 20:14
  • 447


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  3. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  4. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  7. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  8. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  9. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  10. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI