Bakıda şirkət rəhbəri barəsində cinayət işi başlandı

Bakıda şirkət rəhbəri barəsində cinayət işi başlandı
Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri barəsində cinayət işi başlanıb.

“İdeal-İ İnşaat” MMC-nin direktorunun müqavilə əsasında satılmış mənzilləri təkrarən başqa şəxslərə satması faktlarına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq tədbirləri davam etdirilir.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Xətai rayonu ərazisində Xocalı prospekti 29 saylı ünvanda cəmiyyət tərəfindən yeni tikilmiş binaların müqavilə əsasında satışını həyata keçirən direktoru Çingiz Məmmədovun vətəndaşlara satılmış mənzilləri təkrarən başqa şəxslərə sataraq onlara ümumilikdə 641 min manat məbləğində ziyan vurmasında əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda yol verilmiş qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda şirkət rəhbəri barəsində cinayət işi başlandı

  • 1-06-2017, 11:19
  • 621


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  2. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  3. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  4. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  5. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Azərbaycanda oğul atanı bıçaqladı
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  10. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI