Hesablama Palatası Təhsil Nazirliyinin layihəsində “çp” tapdı - BDU-da kasıb tələbələrin həyəcanı

Hesablama Palatası Təhsil Nazirliyinin layihəsində “çp” tapdı - BDU-da kasıb tələbələrin həyəcanı
3 kreditin izi ilə...


"Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıram. IV kurs tələbəsiyəm. Artıq 3 ildir təhsil haqqımı ödəyə bilmirəm. 7 min manat borcum var. "Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyətə başlaması ilə borcumun ödənməsini bir neçə illiyə təxirə salmaq imkanım oldu. Bu şans mənim üçün də, ailəm üçün də çox əhəmiyyətlidir. İndiyə qədər heç bir problem yox idi. Amma indi imtahanlara buraxılmırıq. Nə edəcəyimizi bilmirik ”.

BakuPost.az xəbər verir ki, Əlixan Heydərli Bakı Dövlət Universitetinin (BDU) imtahanlara buraxılmayan üç tələbəsindən biridir. O, "Maarifçi” Tələbə Kredit Fondu ilə müqavilə bağlayaraq, Bakı Dövlət Universitetinə borclu olduğu təhsil haqqının ödənməsinin bir neçə il təxirə salınmasına nail olub. Ona bu şans sözügedən "Maarifçi” Tələbə Kredit Fondu ilə Bakı Dövlət Universiteti arasındakı razılaşma əsasında tanınıb. Belə ki, Bakı Dövlət Universitetinin də 10 təsisçisindən biri olduğu "Maarifçi” Tələbə Kredit Fondu tələbənin borcunu öz öhdəsinə götürüb. Razılaşmaya görə, BDU təsisçi olaraq "Maarifçi” Tələbə Kredit Fonduna qoymalı olduğu vəsaitin əvəzinə ödənişli əsaslarla təhsil alan, ancaq təhsil haqqını ödəyə bilməyən 5 aztəminatlı tələbənin təhsil haqqından imtina edib. Bu, 17.10.2016-cı ildə BDU-nun Təhsilin təşkili və təlim texnologiyaları üzrə prorektoru İ.N.Əliyevanın imzaladığı sənədlə təsdiqlənib. Həmin sənədə əsasən, 2016/2017-ci tədris ili üçün "Maarifçi” Tələbə Kredit Fonduna sözügedən universitet 5 tələbə yeri ayırıb. Həmin tələbələr Fondla müqavilə bağlayıb və vəsaiti ödəməsi üçün onlara bir neçə il vaxt verilib. Belə ki, Fondda müəyyən edilən qaydaya görə, tələbə təhsilini bitirdikdən 1 il sonra təhsil haqqını hissə-hissə ödəyəcək və həmin məbləğ Fondun hesabına daxil olacaq.

Hesablama Palatasının Bakı Dövlət Universitetində başladığı yoxlama ilə sosial cəhətdən əhəmiyyətli olan bu ideyanın hüquqi cəhətdən zəifliyi məlum olub. Belə ki, yoxlama "Maarifçi” Tələbə Kredit Fondu ilə BDU arasındakı münasibətlərdə hüquqi boşluğu üzə çıxarıb. Bu vəziyyətin zərərçəkənləri isə tələbələrdir.

Universitet öz üzərinə öhdəlik götürüb

"Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud BakuPost.az-a açıqlamasında bildirib ki, Fondun təsisçisi olan 10 universitet öz üzərinə öhdəlik götürüb.

Xeberdar.net

Hesablama Palatası Təhsil Nazirliyinin layihəsində “çp” tapdı - BDU-da kasıb tələbələrin həyəcanı

  • 5-06-2017, 13:32
  • 514


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI