Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edilib

Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edilib
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.


Xeberdar.net-in məlumatına görə, ”Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinə əsasən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı Dövlət Sərhəd Xidmətinə rəhbərlik edir. Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Dəyişikliyə əsasən Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edilir. Dövlət Sərhəd Xidmətinin rəisi Dövlət Sərhəd Xidmətinə rəhbərlik edəcək.


İndiyə qədər Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Sərhəd Qoşunları Baş qərargahının rəisi və digər müavinləri vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş başqa vəzifələrə təyin və həmin vəzifələrdən azad etmə Dövlət Sərhəd Xidməti rəisinin təqdimatına əsasən Azərbaycan prezidenti tərəfindən həyata keçirilib.

Dəyişikliyə əsasən, Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrə təyin və həmin vəzifələrdən azad etmə Dövlət Sərhəd Xidməti rəisinin təqdimatına əsasən Azərbaycan prezidenti tərəfindən həyata keçiriləcək.

Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğv edilib

  • 5-06-2017, 15:07
  • 759


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YASAMALI QARIŞ-QARIŞ SATAN ELŞAD HƏSƏNOVUN KORRUPSİYA ƏMƏLLƏRİ- VİDEO ARAŞDIRMA
  2. Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...
  3. Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadı
  4. Müəllimlərin maaşı yeni qaydada hesablanacaq
  5. Bakıya qarşı hiyləgər plan - “sülh istəyən” Paşinyan öldürülə bilər
  6. İrandan gətirilən kartov Azərbaycana buraxılmadı - SƏBƏB
  7. Prokuror AXCP sədrinin mühafizəçisinə 15 il cəza istədi
  8. Ərdoğan BMT-də həm də bu dövlətlər üçün ədalət tələb etdi - ŞƏRH
  9. Azərbaycanda 33 yaşlı kişi minaya düşdü - YENİLƏNİB
  10. Ərdoğanın Moskva səfərinin tarixi AÇIQLANDI
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI