Cəbhədə tanklar işə düşdü

Cəbhədə tanklar işə düşdü zərbaycan son 21 ildə ilk dəfə olaraq Dağlıq Qarabağ bölgəsində separatçıların mövqelərinə tanklardan atəş açıb. Bu barədə separatçı tərəf dekabrın 9-da məlumat yayıb. Açıqlamada bildirilir ki, 1994-cü il atəşkəsindən bəri ilk dəfə olaraq Qarabağda cəbhədə tanklardan istifadə olunub və Garik Avanesian adlı bir əsgər öldürülüb. “Tanklardan və qumbaraatanlardan 1500 atəş açılıb”, məlumatda belə deyilir.

Azərbaycan isə atəşi birinci Ermənistanın açdığını, sərhəd bölgəsindəki yaşayış məntəqələrinin 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan atəşə tutulduğunu bildirib. Azərbaycanın Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Dağlıq Qarabağdakı “düşmən ordusunun mövqelərinə” cavab zərbələri endiriləcək.

1990-cı illərin əvvəllərində separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edib. 1994-cü il atəşkəsindən bəri münaqişənin həlli üzrə aparılan danışıqlarda elə bir ciddi irəliləyiş əldə olunmayıb.

ABŞ Dövlət Departamenti cəbhə xəttində gərginliyin artmasını pisləyib, tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb. “Zorakılığın artması və ağır silahlardan istifadə qəbuledilməzdir”, sözçü John Kirby deyib./Azadliqq.org/

Xeberdar.net

Cəbhədə tanklar işə düşdü

  • 10-12-2015, 11:30
  • 903


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  3. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  4. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  7. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  8. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  9. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  10. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI