Rafiq Əliyev: “Lütfi Zadə nasazlamışdı”

Rafiq Əliyev: “Lütfi Zadə nasazlamışdı” “Lütfi Zadə ilə dünən Bakı vaxtı ilə gecə birin yarısı danışdım. Səsi çox əla idi. Təxminən 10 il bundan qabaq səsi necə gur eşidilirdisə, indi də o cür idi. Mən buna çox sevindim. Özünə də dedim ki, nə yaxşı ki, sizin bu cür sağlam və şux olduğunuzu eşidə bilirəm”.

Bunu modern.az saytına açıqlamasında Lütfi Zadə irsinin varisi, Süni İntellekt mərkəzinin rəhbəri professor Rafiq Əliyev bildirib.

R.Əliyevin sözlərinə görə 94 yaşlı Azərbaycan əsilli dünya şöhrətli alim Lütfi Zadə hazırda özünü çox yaxşı hiss edir və əmək fəaliyyətini bu gün də qoruyub saxlayır:

“Zadə hazırda çox yaxşıdır. Bir ara nasazlamışdı. Amma indi hər şey qaydasına düşüb”.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan Lütfi Zadə dünya elmində inqilab etmiş alimlərdən biri sayılır. Bir müddət öncə keçirdiyi ürək əməliyyatından sonra həkimlərin bir çox yasaqları ilə üzləşsə də, sağlıq durumu stabildir.

Rafiq Əliyev: “Lütfi Zadə nasazlamışdı”

  • 10-12-2015, 14:04
  • 1 059


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI