Eldar Mahmudovun MTN təcridxanasındakı yasaqları ləğv olunub

Eldar Mahmudovun MTN təcridxanasındakı yasaqları ləğv olunub Cavad Cavadov: “Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə...”
Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun son 10 il ərzində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılması yenidən gündəmə gəlib. 2007-ci ildə H.Məmmədov və digəriləri haqda məhkəmə hökmü çıxarılandan sonra gözlənilənlərin əksinə olaraq H.Məmmədovu Qobustan Qapalı Həbsxanasına köçürmədilər.

Onu Cəzaların İcrası Məcəlləsinə zidd olaraq MTN-in İstintaq Təcridxanasında saxladılar. Son 10 il ərzində bu məsələ zaman-zaman müzakirə mövzusuna çevrilib. Bu müzakirələr zamanı MTN-in İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərin hüquqlarının pozulması da üzə çıxıb. Ümumiyyətlə MTN-in İstintaq Təcridxanasının olmasının qanuna zidd olduğu da belə müzakirələr zamanı xüsusi olaraq vurğulanıb.

Hazırda durum necədir? Eldar Mahmudovun MTN rəhbərliyindən uzaqlaşdırılması orada saxlanılan şəxslərin hüquqlarının reallaşması baxımından dəyişibmi?

Vəkil Cavad Cavadov deyir ki, hazırda durum müsbətə doğru dəyişib: “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqda” Azərbaycan Respublikası Qanunun tətbiqinə real olaraq başlanılıb. Bu da göründüyü kimi nazirliyin rəhbərliyinin dəyişməsi ilə bağlıdır. Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə zəng etmək hüququndan mütəmadi istifadə edirlər və ailələri ilə görüşmək hüququ təmin olunur. Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq bunu müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar bu təcxridxanadan indiyə kimi təmin olunmurdu". Musavat.com/

Xeberdar.net

Eldar Mahmudovun MTN təcridxanasındakı yasaqları ləğv olunub

  • 11-12-2015, 10:22
  • 974


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  3. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  4. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  7. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  8. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  9. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  10. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI