Putin Trampla danışıqların təfərrüatlarını açıqladı

Putin Trampla danışıqların təfərrüatlarını açıqladı
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə Suriyadakı vəziyyət, Ukrayna münaqişəsi, həmçinin kibercinayətkarlıqla mübarizə məsələlərini müzakirə edib.

Xeberdar.net "Report"a istinadən xəbər verir ki, bu barədə Putin cümə günü Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşü zamanı məlumat verib.
Yaponiya lideri Rusiya və ABŞ liderləri arasında danışıqların uzanması üçün Putin ilə görüşünü bir saat gözləməli olub.

"Mənim Birləşmiş Ştatlar prezidenti ilə olduqca uzun görüşüm oldu. Bir çox məsələlər yığılıb qalmışdı. Burada Ukrayna, Suriya və digər problemlər, bir sıra ikitərəfli məsələlər var idi", - deyə Rusiya prezidenti bildirib.

O əlavə edib ki, Trampla, həmçinin kibertəhlükəsizlik və terrorçuluqla mübarizə məsələlərini müzakirə edib.
Putin Yaponiya baş nazirini gözlətdiyinə görə, həm öz, həm də amerikalı həmkarı adından üzr istəyib.

Xeberdar.net

Putin Trampla danışıqların təfərrüatlarını açıqladı

  • 7-07-2017, 21:52
  • 506


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  2. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  3. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  4. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  5. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Azərbaycanda oğul atanı bıçaqladı
  9. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  10. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI