Kəmaləddin Heydərov Fransanın Azərbaycanda yeni səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Fransanın Azərbaycanda yeni səfiri ilə görüşüb Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri, xanım Orelia Buşezlə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov Fransanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə xanım Orelia Buşezi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə səfirə ətraflı məlumat verib.

Öz növbəsində, O. Buşez bildirib ki, Fransanı ölkəmizdə təmsil etməkdən qürur hissi duyur. Səfir əlavə edib ki, diplomatik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif dövlət qurumları, o cümlədən FHN-lə Fransanın uyğun strukturları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xeberdar.net

Kəmaləddin Heydərov Fransanın Azərbaycanda yeni səfiri ilə görüşüb

  • 15-12-2015, 15:05
  • 887


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI